Magistratura

Şərqşünaslıq fakültəsində magistratura hazırlığında əsas məqsəd elmi müəssisələr, ali və orta təhsil müəssisələri üçün pedaqoji kadrlar, həmçinin regionun müxtəlif sahələri üçün kadr hazırlığını təmin etməkdir. Magistratura ali peşə təhsilinin ikinci səviyyəsində təhsili davam etmək imkanıdır. Məzunlara  dövlət  diplomu  və magistr akademik dərəcəsi verilir. Magistr hazırlığı elmi-tədqiqat fəaliyyətinə yönləndirilir. Magistr proqramları ali peşə təhsil sistemində müvafiq sahələr üzrə daha dərin peşə biliklərinin, bacarıq və vərdişlərin əldə edilməsini nəzərdə tutan və bir və ya bir neçə fəaliyyət (elmi-tədqiqat, elmi-pedaqoji) növləri üzrə hazırlığa istiqamətlənən ali təhsilin ikinci səviyyəsi üzrə təhsil proqramlarıdır. Magistraturada təhsil magistrantın biliklərə yiyələnmə prosesində fəal olmasını nəzərdə tutur. Qəbul imtahanlarını uğurla vermiş bakalavrlar magistraturaya qəbul olunurlar. Fakültədə 8 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət