Yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura və dissertantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Doktorantura və dissertanturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir, təhsil müddəti əyani 3 il, qiyabi 4 il, dissertantura yolu ilə isə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada təhsil müddəti 5 ildir. Şərqşünaslıq fakültəsində hazırda 2 ixtisas proqramı üzrə doktorantlar və dissertantlar təhsil alır.