Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Elm və təhsil sahəsində beynəlmiləlləşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr fakültənin inkişafının əsas göstəricilərindən hesab olunur. Bu baxımdan da Şərqşünaslıq fakültəsində beynəlxalq fəaliyyət dairəsinin genişləndirilməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın nüfuzlu aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.
Şərqşünaslıq fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və mütəxəssislərin ümumpeşə səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və yüksək səviyyədə inkişaf etdirilir. Şərqşünaslıq fakültəsinin beynəlxalq əməkdaşlıq xəttində dünyanın aparıcı dövlətlərinin (Türkiyə, Yaponiya, Qətər, Rusiya Federasiyası, Qazaxistan, BƏƏ, Koreya, Polşa, Makedoniya, Çin, Pakistan, Özbəkistan və s.) ali məktəbləri ilə sıx əməkdaşlıq siyasəti durur. Bura ikili diplomlar, müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. daxildir.
Bakı Dövlət Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutu arasındakı əməkdaşlıq çərçivəsində əlaqələr sıx inkişaf edir. Hər iki universitet arasında elm və təhsil sahəsində ciddi işlər həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində aşağıdakı tədbirlər həyata keçmişdir:
- Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Kaşgarlı Mahmudun Bilimsel Mirası ve üçüncü bin yıl Türkolojisinin gelişmesindeki rolu” mövzusunda 29 sentyabr 2021-ci ildə keçirilən konfransda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əməkdaşları iştirak etmişlər.
- 16 noyabr 2021-ci il tarixindəBakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Müasir ərəb ədəbi dilində alınma sözlər” mövzusunda ustad dərs keçirilmişdir. Tədbirin məruzəçisi Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası kafedrasının müdiri, professor Şamusarov Şarustam mühazirə oxumuşdur.
- Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professor-müəllim heyəti Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmişlər.
- 11 fevral 2023-cü il tarixində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində keçirilən “Woman in sustainable development: science and quality education” mövzusunda beynəlxalq konfransda Şərqşünaslıq fakültəsinin əməkdaşı “ Роль ученого-востоковеда Aиды Имангулиевой в развитии в Азербайджане Востоковедения» məruzəsi ilə çıxış etmişdir.
2) Şərqşünaslıq fakültəsində BDU-nun nəzdindəki Konfutsi İnstitutu, Anhui Universitetinin birgə təşkilatçılığı ilə online ustad dərslər keçirilir. Tədbirdə həm Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, həm də Anhui Universitetinin müəllimləri mühazirə oxuyurlar. Hal-hazırda da bu dərslər mütəmadi davam etməkdədir. Şərqşünaslıq fakültəsində mütəmadi olaraq Anhui Universiteti ilə ustad dərslərin keçirilməsinin ənənə halını alması və çin dili, ədəbiyyatı, tarixi və mədəniyyəti haqqında mühazirələr oxunması fakültənin çin dili ixtisası üzrə təhsil alan tələbələri üçün önəm daşıyır.
2023-cü ilin dekabr ayında Bakı Dövlət Universiteti ilə Anhui Universiteti arasında ikili diplom ilə bağlı razılığa gəlinmişdir. BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bakalavriatura səviyyəsində Filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramı üzrə səfər çərçivəsində imzalanan üçtərəfli müqavilənin Çin və Azərbaycan arasında təhsil mübadiləsinin təşviqinə, BDU-Anhui Universiteti əməkdaşlığının daha da gücləndirilməsinə səbəb olacaqdır.
Görüş zamanı Çin dili və ədəbiyyatı ilə yanaşı, digər sahələrdə də qarşılıqlı əməkdaşlıq və ikili diplom proqramı üzrə sənədlərin imzalanması üçün razılığa gəlinib.
3) Pakistan Səfirliyi, Pakistan və Hindistan Universitetləri ilə münasibətlər sıx inkişaf edir. Şərqşünaslıq fakültəsinin tələbələrinə urdu dilinin yaranma tarixi və onun inkişafından, ədəbiyyatı mövzusunda mütəmadi online ustad dərslər keçirilir. Şərqşünaslıq fakültəsi və Pakistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Urdu dilində danışıq klubu” adlı vebinarlar təşkil olunmuşdur. Pakistanın Siyalkort Universitetinin İqbalşünaslıq kafedrasının müdiri, professor Yasmeen Koosar Şərqşünaslıq fakültəsinin tələbələrinə Urdu ədəbiyyatından ustad dərs keçmişdir. Hal-hazırda Pakistanın və Hisndistanın müxtəlif universitetləri ilə ustad dərslər davam edir.
4) Türk filologiyası kafedrası və Mərmərə Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun Türk dili və Ədəbiyyatı Bölümü ilə əməkdaşlıq çərçivəsində birgə araşdırmalar aparılır, ustad dərslər keçirilir.
5) Şərqşünaslıq fakültəsi və Moldovanın Komrat Universitetinin təşkilatçılığı ilə onlayn şəkildə təlimlər, ustad dərslər keçirilir. Komrat Universitetinin dosenti Güllü Karanfil “Qaqauzların dili, ədəbiyyatı, mədəniyyəti” mövzusunda online məruzə oxumuşdur. Gələcəkdə Komrat Universiteti ilə türkologiya sahəsində ortaq dərslərin keçirilməsi məsələsi də müzakirə olumuşdur.
6) Şərqşünaslıq fakültəsinin Yunus Emre Mərkəzi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq əməkdaşlığı çərçivəsində həyata keçirilən işlər:
- Şərqşünaslıq fakültəsinin Reqionşünaslıq (Türkiyə üzrə) və Filologiya (türk dili və ədəbiyyatı) ixtisaslarında təhsil alan tələbələrin IV kursda “Yunus EmrE Mərkəzi”ndə tədris təcrübələrinin keçirilməsi;
- Şərqşünaslıq fakültəsinin magistrantlarının “Yunus Emre Mərkəzi”ndə elmi-tədqiqat təcrübələrinin keçirilməsi;
- Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrası və Yunus Emre Mərkəzi ilə birgə konfrans, elmi seminar, dəyirmi masaların keçirilməsi;
- Yunus Emre institu ilə birlikdə dərslik, dərs vəsaitlərinin hazırlanması uğrunda işlərin aparılması;
- Şərqşünaslıq fakültəsinin tələbələri və magistrantlarının elmi bilik və təcrübələrini yüksəltmək məqsədilə üçün ustad dərslərin keçirilməsi;
- Şərqşünaslıq fakültəsinin tələbələrinin “Yunus Emre Mərkəzi”ndə olan kitabxanasından istifadə etmək imkanlarını təmin etmək;
- Şərqşünaslıq fakültəsi tələbə və müəllim heyətinin Türkiyədə fəaliyyət göstərən Yunus Emre institutu ilə əlaqələrini yaradılması. Bu əlaqələr çərçivəsində müəllim,tələbə heyətinin mübadiləsini (təkmilləşdirmə kursları, təcrübə)təşkil etmək.
- Türkiyənin məşhur alim və incəsənət xadimlərinin ustad dərslərinin təşkili.
- Fakültədə osmanlıca və türkcə praktik dərslərinin aparılması sahəsində Türkiyədə fəaliyyət göstərən mütəxəssislərin təcrübəsindən yararlanmaq üçün fakültəyə müəllimlərin cəlb olunması;
- Yunus Emre Mərkəzinin dəstəyi ilə 29 oktyabr 2024-cü ildə Türkiyə Cumhuriyyətinin yaranmasının 100 illik yubiloeyi ilə əlaqədar bir qrup tələbə Ankarada səfərdə olmuşlar.
7) Türkiyənin Pamukkale Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi ilə əməkdaşlıq davam edir. Elmi tədbirlər: ustad dərslər, seminarlar, vebinarlar keçirilir.
8) Azərbaycanda fəaliyyət göstərən Türk Mədəniyyəti və irsi Fondu ilə qarşılıqlı əlaqələr genişlənməkdədir.
9) Koreyanın Seijon Universiteti ilə əməkdaşlıq çərçivəsində tədbirlər, eyni zamanda Koreya mədəniyyəti günləri keçirilir. Şərqşünaslıq fakültəsinin Reqionşünaslıq (Koreya üzrə) ixtisasında təhsil alan tələbələr üçün kurslar təşkil edilmişdir.
10) Yaponiyanın Kanaqava universiteti ilə müəllim və tələbə mübadiləsi ilə bağlı razılığa gəlinmişdir. Tsuquba Universiteti ilə memorandum imzalanması barədə danışıqlar gedir.
11) Varşava Universitetinin Şərqşünaslıq fakültəsi ilə əlaqələr inkişaf edir.
12) Qətər Universiteti ilə əməkdaşlığın təməli qoyulmuşdur.
13) Makedoniyanın Kiril və Mifodi Universiteti ilə əməkdaşlıq çərçivəsində Türk filologiyası kafedrasının əməkdaşı 17-22 dekabr 2023-cü il tarixində Makedoniyada keçirilən “"21 Aralık Türkçe Eğitim Günü Milli Bayramı”münasibətilə təşkil olunan Türkçe Dil Bayramı”nda iştirak etmişdir.
14) Qazaxstanın Lev Qumilyov adına Avrasiya Universiteti ilə elmi istiqamətdə əlaqələr genişlənməkdədir.