Həmkarlar İttifaqı Komitəsi

Tələbə Həmkarlar İttifaqı Komitəsi:

-ali təhsil müəssisəsinin profilinə uyğun yüksək ixtisaslı,dərin savadlı,dünyagörüşlü,vətənpərvər təcrübəli və bacarıqlı kadrların hazırlanmasına səy göstərir;

-tədris intizamına,biliklərin keyfiyyətinin artırılması üçün tələbələri (bakalavr,magistr və aspirantları)səfərbərliyə alır;

-idman və bədən  tərbiyəsi kafedraları ilə birlikdə tələbələr arasında kütləvi idman tədbirləri həyata keçirir,onların  fiziki cəhətdən sağlam və gümrah olmaları qayğısına qalır;

-ittifaq üzvlərinin təhsili,əməyi,məişəti,istirahəti, və müdafiəsi ilə əlaqədar keçirilən tədbirlərdə yaxından iştirak edir,səmərəli təkliflər verir;

Tələbə həmkarlar ittifaqı komitəsi təhsil müəssisələrinin rəhbərliyi ilə birlikdə aşağıdakı məsələləri həll edir:

-təhsildə və ictimai işlərdə fəal olan tələbələri mükafatlandırır;

-tələbələrlə bağlı təhsil müəssisəsinin daxili intizam qaydalarını müzakirı və təsdiq edir;

-ehtiyacı olan  tələbələrə birdəfəlik yardım göstərir;

-intizam qaydalarını pozan tələbələr barəsində müvafiq tədbirlər görür;

-THİK aşağıdakı məsələlərin həllində iştirak edir:

-tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlərə nəzərdə tutulmuş maliyyə vəsaitlərinin və müvafiq smetaların tərtibində;

-tələbərin təhsil müəssisələrindən xaric edilməsi ilə əlaqədar  məsələlərin müzakirəsində və baxılmasında;

-THİK tədris  prosesinin, pedoqoji və digər təcrübələrin, eləcədə asudə vaxtın düzgün və səmərəli təşkili ilə əlaqədar rektorluğa təkliflər verir,ittifaq üzvlərinin səmərləşdirici təkliflərinin qəbul olunmasına səy göstərir;

-THİK təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması,maddi texniki bazanın gücləndirilməsi, tibbi müayinənin və mədəni tədbirlərin,sosial və iaşə məsələrin daha yaxşı təşkili ilə təhsil müəssisəsinin rəhbərlərinin hesabatlarını dinləyə bilir.

-THİK rektorluq və digər təşkilatlarla birlikdə tədris,elm,bədii,özfəaliyyət,idman və s.ictimai fəaliyyət sahəsi ilə əlaqədar müsabiqə,yarış,sual-cavab gecələri keçirir,qaliblərin mükafatlandırılmasına nail olur.

-THİK tələbələrin elmi dərnəklərə,tələbə elmi cəmiyyətlərinə üzv olması,elmi axtarışlarını davam etdirməsi üçün lazımi təşkilat işləri həyata keçirir.

-THİK öz nümayəndələrini təhsil müəssisəsinin Elmi Şurasına,təyinat komissiyasına,magistraturaya qəbul və semestr imtahan komissiyasına,appelasia komissiyasına,təhsil haqqından azad edilmə komissiyasına,tələbə həyatı ilə əlaqədar  təşkil edilmiş digər komissiyalara təklif edir.

-THİK tələbə klublarının fəailiyyətinə rəhbərliyi həyata keçirir.

-THİK tələbə mübadiləsi və tələbə həyatı ilə əlaqədar təhsil müəssisəsinin beynəlxalq əlaqələrində yaxından iştirak edir, bu məsələlərlə bağlı təşkil olunmuş komissiyalara öz nümayəndəsini ayırır.

-THİK-in tərkibinə seçilmiş  üzvlərinə,həmçinin fakültə sədrlərinə ,yuxarı həmkarlar ittifaqı orqanının razılığı olmadan intizam tənbehi tətbiq edə bilməz.

-Bu əsasnamə eyni zamanda fakültə bürolarına və onların üzvlərinə də şamil edilir.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin Şərqşünaslıq fakültəsi üzrə idarə heyətinin sədri Qasımlı Qasımdır.

 

Əlaqə vasitələri:

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət