Tələbə klubları

 

Şərq ölkələri klubu

 

 

Şərqşünaslıq fakültəsi könüllülərinin daxilində fəaliyyət göstərən Şərq ölkələri klubu 2022-ci ildən fəaliyyətə başlayıb. Şərq ölkələri klubunun əsas məqsədi Şərqşünaslıq üzrə təhsil alan tələbələrə öz ixtisası üzrə daha çox biliklərə yiyələnməsi, bir-birini daha yaxından tanıması, öz biliklərini bir-biri ilə bölüşməsi və sosiallaşmasından ibarətdir. Klub şərq ölkələri haqqında tədbirlər, müzakirələr, sərgilər həyata keçirir. Şərq dillərini inkişaf etdirilməsi üçün də natiqlik, esse, inşa müsabiqələri keçirir. Əlavə olaraq üzvlərə şərq dili oyrənmə şansı yaradılır. Bu klub tələbələrə öz ixtisas ölkələri ilə bərabər digər ölkələrin də mədəniyyətini adət-ənənəsi daha yaxından öyrənməyə, öz universtet və fakültələrini şərq ölkələrini təmsil etmə imkan verir. Şərq ölkələri klubuna qoşulan tələbələr şərq ölkələrinin mədəniyyəti, adət-ənənələri, incəsənət və.s ilə yaxından tanış olma imkanı qazanır. Həftə sonları və asudə vaxtların səmərəli keçirilməsi üçün gəzintilər və ekskursiyalar təşkil olunur.

 

 

Qiraət kitab klubu

 

Qiraət kitab klubu 2021-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyəti müxtəlif elmi və bədii əsərlərin tələbələr tərəfindən oxunmas;, təhlili və müzakirəsidir. Klubun idarə heyəti və üzvləri müxtəlif dillər üzrə bədii-ədəbi nümunələr seçərək müəyyən müddətə onlarla tanış olur, fərdi yanaşmalar toplanır və ümumi görüş təşkil edilir. Adətən ümumi toplantılar hər hansı bir ədibin evində və muzeyində təşkil olunur. Ədəbi mühit təmin edilir. Müəllim və tələbələr əsər üzrə fikir mübadiləsi aparır və nəticələr elan olunur. İdeya əsasları, sujet xətti, üslubi məsələlər haqda müzakirələr aparılır.

 

Lin-Orph musiqi klubu

Lin-Orph musiqi klubu 2022-ci ildən Şərqşünaslıq fakültəsi Könüllülərinin nəzdində fəaliyyətə başlamışdır. Klubun məqsədi tələbələrin musiqi istedadının üzə çıxarılması və inkişaf etdirilməsidir. Klub müxtəlif incəsənət tədbirləri, konsertlər təşkil edir. Klubun tərkibində alət ifaçıları və musiqi savadı tələbələr yer alırlar. Klub fakültə tədbirləriləri ilə yanaşı universitet tədbirlərində də yaxından iştirak edir, töfhə verirlər.

 

 

Danışıq klubu

 

Şərqşünaslıq fakültəsinin danışıq klubu 2023-cü ildən fəaliyyət göstərir. Danışıq klubu fakültədəki ixtisaslar üzrə ayda bir neçə dəfə təşkil olunur. Dillər üzrə müxtəlif mütəxəssis və müəllimlərin moderatorluğu ilə aparılan danışıq dərslərindən tələbələr müxtəlif mövzular üzrə şifahi nitq vərdişlərini genişləndirirlər. Müxtəlif videomateriallara tamaşa edilir, müzakirələr qurulur. Uzaq şərq dilləri üzrə danışıq dərsləri dil daşıyıcıları tərəfindən aparılır. Danışıq klubu Konfutsi Mərkəzi ilə əməkdaşlıq edir. Çin dili üzrə danışıq dərsləri Konfutsi Mərkəzində aparılır.

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət