Beynəlxalq proqram və layihələrdə iştirak

2017-ci ildən etibarən Küveytin Dillər Universitetinə hər il 1 nəfər olmaqla 1 illik ixtisasartırma kurslarına tələbələr göndərilir.

2018-2019-ci illərdə fakültə tələbələri Malayziyada ərəb dili üzrə Asiya çempionatında iştirak ediblər.

Ərəb ölkələrindən Misir, Qətər kimi dövlətlər fakültəyə kitablar hədiyyə edib.

Fakültə tələbələrindən 1 nəfər 2014-cü ildə Əl-Əzhər Universitetində 1 illik təhsil alıb.     

Misirlə olan əlaqələr çərçivəsində 1 nəfər professor tədrisə cəlb edilib.

Misir ƏR Ali Təhsil Nazirliyi nəzdində qeyri-ərəblər üçün ərəb dili mərkəzinə müəllimlər göndərilib.

2015-ci ildə 1 nəfər müəllim Mərakeşin Rabat şəhərində V Məhəmməd Universitetinə ezam olunaraq, Filologiya və Humanitar elmlər fakültəsinin magistr pilləsində Azərbaycan dili fənnindən dərs demişdir. 2019-cu ildə Mərakeş-Azərbaycan dostluq cəmiyyətinin baş katibi Məhəmməd Faqiri BDU-da olmuşdur.

 

2010-cu ildən etibarən İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və fakültənin təşkilatçılığı ilə fars dili üzrə respublika olimpiyadası keçirilir. Ənənəvi olimpiyadanın 1-i fakültədə olmaqla 2010-2017-ci illərdə 6 dövrəsi keçirilb. Hər birində fakültə tələbələri yüksək yerlər tutublar.

Son on ildə İİR-in Mədəniyyət Mərkəzinin dəvəti ilə fakültənin əməkdaşları poeziya günlərində, milli günlərdə iştirak ediblər.

Tehran və Təbriz Universitetlərinin dəvəti ilə əməkdaşlar konfranlarda və ixtisasartırma kurslarında iştirak ediblər. Sonuncu dəfə 2016-ci ildə tələbələrin bir qrupu və iki müəllim Təbriz Universitetində olublar.

2018-ci ildə İran gənclərinin BDU-da Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşü keçirilib.

İİR fakültədə bir otağı təmir etdirmiş, mebellə təchiz etmiş, kitabxanaya kitablar bağışlayıb.

 

2009-cu ildə fakültənin 1 əməkdaşı Xayfa Universiteti magistr və ibri dili müəllimi üçün təşkil olunmuş bir aylıq təkmilləşdirmə kurslarında iştirak etmişdir.

2010-cu ildə fakültədən 2 tələbə Xayfa Universitetində 1 aylıq kurslarda iştirak ediblər.

Fakültədən 1 əməkdaş 2015-ci ildə Tel-Əviv Universitetində samişünas alim Şlomo Yizreelinin iştirak etdiyi 1 həftəlik müqayisəli samişünaslıq müzahizələrində iştirak etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət