Rəqəmlər və faktlar

2018-ci ildə İran gənclərinin BDU-da Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşü keçirilib.

2017-ci ildən etibarən Küveytin Dillər Universitetinə hər il 1 nəfər olmaqla 1 illik ixtisasartırma kurslarına tələbələr göndərilir.

Tehran və Təbriz Universitetlərinin dəvəti ilə əməkdaşlar konfranlarda və ixtisasartırma kurslarında iştirak ediblər. Sonuncu dəfə 2016-ci ildə tələbələrin bir qrupu və iki müəllim Təbriz Universitetində olublar.

2018-2019-ci illərdə fakültə tələbələri Malayziyada ərəb dili üzrə Asiya çempionatında iştirak ediblər.

Ərəb ölkələrindən Misir, Qətər kimi dövlətlər fakültəyə kitablar hədiyyə edib.

Fakültə tələbələrindən 1 nəfər 2014-cü ildə Əl-Əzhər Universitetində 1 illik təhsil alıb.     

Misirlə olan əlaqələr çərçivəsində 1 nəfər professor tədrisə cəlb edilib.

Misir ƏR Ali Təhsil Nazirliyi nəzdində qeyri-ərəblər üçün ərəb dili mərkəzinə müəllimlər göndərilib.

2015-ci ildə 1 nəfər müəllim Mərakeşin Rabat şəhərində V Məhəmməd Universitetinə ezam olunaraq, Filologiya və Humanitar elmlər fakültəsinin magistr pilləsində Azərbaycan dili fənnindən dərs demişdir. 2019-cu ildə Mərakeş-Azərbaycan dostluq cəmiyyətinin baş katibi Məhəmməd Faqiri BDU-da olmuşdur.

2010-cu ildən etibarən İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və fakültənin təşkilatçılığı ilə fars dili üzrə respublika olimpiyadası keçirilir. Ənənəvi olimpiyadanın 1-i fakültədə olmaqla 2010-2017-ci illərdə 6 dövrəsi keçirilb. Hər birində fakültə tələbələri yüksək yerlər tutublar.

Türkiyə Baş Nazirlik Əməkdaşlıq və Koordinasiya agentliyi (TİKA) 2016-cı ildə fakültədə iki auditoriyanı təmir etdirmiş, mebel və kitablarla təchiz etmişdir.

2010-cu ildə fakültədən 2 tələbə Xayfa Universitetində 1 aylıq kurslarda iştirak ediblər.

Fakültədən 1 əməkdaş 2015-ci ildə Tel-Əviv Universitetində samişünas alim Şlomo Yizreelinin iştirak etdiyi 1 həftəlik müqayisəli samişünaslıq müzahizələrində iştirak etmişdir.

Onu da qeyd edək ki, 2010-cu ildə Şərqşünaslıq fakültəsinin tələbələrindən 6 nəfər Koreya Respublikasında, 3 nəfər Çin Xalq Respublikasında və 4 nəfər Yaponiyada 2-6 ay müddətində təcrübə keçmişlər.

2009-cu ildə fakültənin 1 əməkdaşı Xayfa Universiteti magistr və ibri dili müəllimi üçün təşkil olunmuş bir aylıq təkmilləşdirmə kurslarında iştirak etmişdir. 

 

Tələbələrimizin təhsil aldığı ÇXR universitetləri:

  1. Xiamen Universiteti
  2. Şərqi Çin Normal Universiteti
  3. Şanxay Beynəlxalq Təhsil Universiteti
  4. Şərqi Çin Pedaqoji Universiteti
  5. Çunsin Pedaqoji Universiteti
  6. Mərkəzi Çin Normal Universiteti Beynəlxalq mədəni əlaqələr kolleci
  7. (Chongping Normal University)
  8. Anhui Universiteti
  9. Şanxay Universiteti Beynəlxalq mübadilə kolleci
  10. Donghua Universiteti
  11. Çinşünaslıq beynəlxalq kolleci
  12. Nanjing İnformasiya və Texnologiya Universiteti
  13. Cənubi Çin Pedaqoji Universiteti
  14. Syamen Universiteti
  15. Nankin Universiteti
  16. Şanxay çin dili porqramı
  17. Pekin Paytaxt Universiteti
  18. Marksizm məktəbi. Siyasi elm proqramı
  19. Fudan Universiteti
  20. Şanxay Beynəlxalq Biznes və İqtisadiyyat Universiteti
  21. Yangzhou Universiteti
  22. Pekin Birləşmiş Universiteti

 

Yaponiya Universitetləri

  1. Hiroşima Universiteti Yaponiya Araşdırmalar Mərkəzi MEXT təqaüd proqramı
  2. Labo Yapon dili tədris institutu
  3. Gunma Universiteti
  4. Maebaşi (Maebashi) Universiteti
  5. Saitama Universiteti

 

Koreya Universitetləri

AKS proqramı

 

ÇXR səfirliyinin hər il Çin dili körpüsü adlı müsabiqəsi keçilir.

Erasmus proqramı üzrə tələbələrimiz Göttingen Universitetinin təşkilatçılığı ilə olan Erasmus Mundus ALRAKİS II və Erasmus Mundus Action II Eurofast proqramında iştirak ediblər.

2017-ci ildə fakültədə Yapon dövlətinin maliyyə dəstəyi ilə yapon dili tədris otaqları təmir edilmişdir.

Fakültədə BDU ilə müqavilə əsasında Misir, ÇXR, Koreya və Yaponiyadan olan müəllimlər vaxtaşırı tədrisə cəlb olunmuşlar.

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət