Elmi-tədqiqat istiqamətləri və prioritetləri

Şərqşünaslıq fakültəsində kafedralar üzrə “Ərəb və ibri dilləri, türk dili, fars və urdu dili, yapon, koreya, çin dillərinin, eyni zamanda ərəb və yəhudi, fars, türk, yapon, koreya, çin  ədəbiyyatının aktual problemləri”nə uyğun olaraq elmi-tədqiqat işləri aparılır. Bu tədqiqatlar müasir ərəb, ibri, fars, urdu, türk, yapon, koreya, çin dillərinin nəzəri məsələlərinin öyrənilməsi, həmin dillər üzrə dilçiliyinin öyrənilməmiş və mübahisəli məsələlərin tədqiqi, Orta əsr ərəb və yəhudi ədəbiyyatı, fars dili və ədəbiyyatı, Türk dili və ədəbiyyatı, müasir ərəb və yəhudi ədəbiyyatının, türk, fars, urdu, yapon, koreya, çin ədəbiyyatının nəzəri məsələlərinin öyrənilməsi, tədqiq olunan dillərin səs cəhətinin, morfoloji, semantik, leksik problemlərin araşdırılması, fonetika və fonologiya məsələlərinin tədqiqi, o cümlədən ərəb dili və ədəbiyyatı abidəsi kimi Qurani-Kərimlə bağlı elmi tədqiqatlar, fərqli qiraətlərin müqayisəli təhlili, Quranın qeydə alınması tarixinin dövrlərə ayıraraq öyrənilməsi, yazılı müshəflərdəki fərqlərin öyrənilməsini əhatə edir və bu sahələrdə mövcud boşluqların doldurulmasına xidmət edir.

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət