Şərqşünaslıq fakültəsinin sosial həyatı fakültə, universitet və respublika səviyyəsində olan tədbirlər, xüsusi günlər və mövcud təqvimə uyğun olaraq tədbirlərin keçirilməsi ilə nizamlanır. Fakültə sosial həyatının mərkəzində tələbələrin fəaliyyəti dayanır. Fakültə daxilində Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifqatı Komitəsi və Könüllü təşkilatı bütün sosial tədbirlərdə, xüsusi və ümumi günlərdə təşkilatçı kimi çıxış edirlər. Tələbələr fakültə, universitet və respublikada aparılan yarış və müsabiqələrdə iştirak edir, müxtəlif konfrans və elmi görüşlərdə təmsil olunurlar. Tələbələrin sosial fəaliyyəti nəticəsində intellektual oyunlar, şərq ölkələri üzrə xüsusi günlər, bayramlar, viktorinalar keçirilir. Aktiv tələbələr seçilərək fakültə təşkilatlarının idarə heyətində nümayəndə kimi çıxış edirlər. Seçilmiş tələbələr digər tələbələrin istedadının üzə çıxarılması, onların fəaliyyətinin qiymətləndirilməsi və boş vaxtlarının səmərəli keçirilməsi üçün çalışırlar. Tələbələrin sosial fəaliyyəti onların şəxsiyyət kimi formalaşmasına, idarəçilik qabiliyyətlərinin artmasına və digər müsbət meyarlar üzrə yetişmələrinə kömək olur.