Oqtay Cəlilbəyli Qədim dövr və orta əsrlər yapon ədəbiyyatı. Dərslik, Bakı, 2018, 292 s.
Dərsliyin məqsədi Regionşünaslıq (Yaponiya üzrə) ixtisasının tələbələrini Qədim dövr və orta əsrlər yapon ədəbiyyatının ən qədim dövrlərindən başlayaraq Meici inqilabınadək (25 yanvar 1868-cü il) yapon ədəbi prosesləri mədəni-tarixi proseslərlə əlaqəli şəkildə məlumatlandırmaqdan ibarətdir.
Oqtay Cəlilbəyli, Ellada Məmmədova Yapon dili (Minna no Nihongo) Tərcümə və qrammatik şərhlər. Dərs vəsaiti II, Bakı-Mütərcim-2022, 174 s.
Yapon dili (Minnano Nihongo) Qrammatika dərsliyi orijinal yapon dərslikləri əsasında yapon dilinin başlanğıc səviyyəsinin Regionşünaslıq (Yaponiya üzrə) ixtisası üzrə Azərbaycan dilli tələbələr üçün nəzərdə tutulmuşdur.
Oqtay Cəlilbəyli Yapon dilində feil / 日本語の動詞 Monoqrafiya, Bakı, 2022, 376 s .
Monoqrafiyanın məqsədi yapon və Azərbaycan dillərinin materialları əsasında feillərin strukturu və semantik xüsusiyyətlərini araşdırmaqdan ibarətdir. Burada altayşünaslıq kontekstində feillərin strukturu və semantikası dillərin qrammatik və leksik səviyyələrində konkret qrammatik qaydalar əsasında müqayisəli tədqiqata cəlb edilmişdir.