Kafedra haqqında

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası

 

BDU-nun Elmi Şurasının 23.10.2004-cü il tarixli 5 saylı iclasının qərarına əsasən 04.11.2004-cü il tarixli R-75 saylı əmrlə Şərqşünaslıq fakültəsinin tərkibində Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası yaradılmışdır. Kafedrada hazırda üç istiqamət üzrə: Yaponşünaslıq (2000-ci ildən), Çinşünaslıq (2004-cü ildən), Koreyaşünaslıq (2007-ci ildən) ixtisasları tədris edilir.

Kafedranın 2021/2022-ci tədris ilində dərs yükü 6473 saat təşkil etmişdir. Ştat cədvəli aşağıdakı kimidir: müəllimlərin ştat vahidi 5, sayı 7 və bir laborantdır. Ştatda olan (7) müəllimlərin (1 ştat - 3 nəfər; 0,5 ştat - 4 nəfər )  cəmi dərs yükü 2462 saat, adambaşına 492,4 saatdır. Kafedra müdirinin dərs yükü 540 saatdır. Saathesabı qaydada (15) müəllimılərin cəmi dərs yükü 3291 saat, adambaşına 219,4 saatdır.

Yuxarıda qeyd edildiyi kimi, kafedra üç istiqamət üzrə Yaponşünaslıq, Çinşünaslıq və Koreyaşünaslıq ixtisasları üzrə mütəxəssislər hazırlayır. Açılan ixtisaslar üzrə Azərbaycanda mütəxəssislər olmadığına görə, kafedra yaradıldığı ilk günlərdən Yaponiya, ÇXR və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirlikləri ilə sıx əməkdaşlıq şəraitində tədris fəaliyyəti ilə məşğuldur. Səfirliklər vasitəsilə kafedra Yaponiya Fondu, Çin Beynəlxalq Təhsil Fondu və Koreya Fondu ilə işgüzar əlaqələr yaratmışdır. Belə ki, Yaponiya, ÇXR və Koreya Respublikasından kafedraya müqavilə əsasında təmənnasız olaraq dil mütəxəssisləri ezam olunur və onlar rotasiya qaydaslnda 2 və ya 4 ildən bir əvəzlənirlər. Mütəxəsislər ezam olunan zaman dil fənləri üzrə dərsliklər, dərs vəsaitləri və digər tədris vəsaitləri ilə kafedranın kitabxana fondunu zənginləşdirirlər.

Hər üç ixtisas üzrə kafedranın təşkilatçılığı ilə 2001-ci ildən başlayaraq, hər il mütəmadi olaraq, uyğun səfirliklərin fəal iştirakı, fondların sponsorluğu ilə tələbələr arasında Bakı Dil üzrə Natiqlik Müsabiqələri təşkil olunur. Artıq 20 dəfə yapon dili, 7 dəfə Çin dili və 8 dəfə Koreya dili üzrə müsabiqələr keçirilmişdir. Bu müsabiqələr tələbələr arasında dillərin öyrənilməsinə marağı daha da artırır, təhsildə tələbələr arasında yarış əhval-ruhiyyəsi yaradır. Bakı müsabiqələrinin qalibi yapon dili üzrə Mokva Beynəlxalq Natiqlik Müsabiqəsində, Çin dili üzrə Pekində Qlobal Natiqlik Müsabiqəsində, Koreya dili üzrə isə Seul Qlobal Natiqlik Müsabiqəsində iştirak etmək hüququ qazanmış olur.

Tədris planına uyğun olaraq, öyrənilən regionun “Mədəniyyəti və İncəsənəti” fənninin tədris olunduğunu əsas götürərək kafedranın təşkilatçılığı və uyğun səfirliklərlə birgə, uyğun fondların sponsorluğu ilə, Mədəniyyət Festivalları keçirilir. Festivalların təşkili zamanı universitet açıq qapı günü elan edərək, maraq göstərən bakılılara uyğun ölkələrin mədəniyyəti və incəsənəti ilə tanış olmaq imkanı yaradır.

Kafedra mütəmadi olaraq, Yaponiya Fondu və Çin Beynəlxalq Təhsil Fondunun göstərdiyi etimad əsasında Beynəlxalq Yapon Dili İmtahanı (JLPT) və Beynəlxalq Çin Dili İmtahanı (HSK, HSKK) keçirir.

Kafedranın fəaliyyət göstərdiyi dövrdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) və Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin qrantları ilə 350 min ABŞ dolları məbləğində “Linqafon kabineti”  və 78 min 700 ABŞ doııarı məbləğində kafedranın 4 otağı əsaslı təmir edilmiş və beynəlxalq tələblərə cavab verən müasir tədris-köməkçi avadanlıqlarla təchiz edilmişdir. Kafedranın Çin dili auditoriyası ÇXR və Koreya dili auditoriyası Koreya səfirliklərinin qrantı ilə təmir və təchiz edilmişdir.

Kafedranın əməkdaşları İllik Elmi plana uyğun olaraq, elmi fəaliyyətlərini həyata keçirirlər. Kafedranın baş müəllimi Məmmədova Ellada Elixman  qızı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını başa çatdırmış, ilkin müzakirə ərəfəsindədir.

Kafedra fəaliyyət göstərdiyi dövr ərzində filologiya üzrə  1 doktorluq dissertasiyası müdafiə edilmiş, 4 dərslik, 1 dərs vəsaiti, 1 monoqrafiya hazırlanmışdır. Çoxsaylı məqalə çap edilmiş, onlardan 3-ü Tomson Reuters Agentliyinin jurnalında çap edilmişdir.

Kafedra Yaponiya Fondunun sponsorluğu, Gürcüstan Respublikası ilə növbəlilik əsaında Beynəlxalq Qafqaz Yapon dili Müəllimlərinin Konfransını təşkil edir. 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət