TÜRK FİLOLOGİYASI KAFEDRASI
BDU rəhbərliyinin verdiyi əmrə əsasən kafedralarda elmi prioritet istiqamətlərinin dəqiqləşdirilməsi- kafedralarda islahatlar üzrə layihə hazırlamaq.
Bütün kafedralarda olduğu kimi Türk filologiyası kafedrasında da aşağıdakı islahatlara ehtiyac duyulmaqdadır. Kafedranın əsas məqsədi tədris olunan fənlərin müasir tələblərə uyğun olaraq təşkil olunması ən vacib vəzifələrdən biridir.
1.Tədris olunan fənlərin proqramlarının müasir tələbata uyğun yenilənməsi.
2.Dil dərslərinin tədrisi zamanı tələbələrin danışıq nitqinin inkişaf etməsi üçün linqafon kabinetinin təşkil olunması.
3.Tələbələr üçün komputer texnologiyasının öyrənilməsi yolunda iş aparmaq
4.Türklər 1928-ci ilə qədər ərəb əlifbasından (əski osmanlıcadan) istifadə etmişlər. Bu bir həqiqətdir ki, o vaxta qədər dilçilik ədəbiyyatı, bədii ədəbiyyat ilə yazıldığına görə bir türkoloqun əski osmanlıcanı (ərəb əlifbası) mükəmməl öyrənməsinə şərait yaratmaq üçün 30 saat dərs yükünün ayrılmasını məqsədəuyğun hesab edirik.
- Dərslik, dərs vəsaitləri və monoqrafiyalar kafedramızda kifayət qədər yazılıb çap olunmasına baxmayaraq, yenə də dərsliklər, dərs vəsaitlərinə ehtiyac hiss olunmaqdadır.
6.Kafedrada fəlsəfə və elmlər doktoru üzrə kadrların hazırlanması məsələsi tələb olunan səviyyədədir. Aldığımız sənədə əsasən ən azı ayda bir dəfə seminarların təşkili artıq öz işinə başlamışdır.
7.Həm respublikamızda, həm də respublikadan kənarda keçirilən elmi konfranslarda kafedra əməkdaşları müntəzəm olaraq iştirak etməkdədirlər.