Kafedra haqqında

ORTA ŞƏRQ DİLLƏRİ VƏ ƏDƏBİYYATI KAFEDRASI

 

1957-ci ildə ərəb, fars və türk dillərini əhatə edən Yaxın Şərq dilləri və ərəb, fars, türk ədəbiyyatları tədris olunan Yaxın və Orta şərq xalqları ədəbiyyatı tarixi kafedraları yaradılıb. Bugünki Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının istiqaməti 1957-ci ildən yaradılan Yaxın Şərq dilləri kafedrasının istiqamətləri ilə uyğunluq təşkil edib. Yaxın Şərq dilləri kafedrasına 1957-ci ildən 1989-cu ilə qədər professor Rəhim Sultanov rəhbərlik edib. Yaxın Şərq dilləri kafedrasına 1957-ci ildən 1989-cu ilə qədər professor Rəhim Sultanov rəhbərlik edib, 1989-1990-cı illərdə professor Həsən Mahmudov, 1990-cı ildən kafedraların balansında Ərəb, İran və Türk filologiyası kafedraları təşkil olunub, İran filologiyası kafedrasının ilk müdiri professor Həsən Mahmudov təyin edilib.

Ardıcıl olaraq 1990-1996-ci illərdə professor Mirzə Rəhimov, 1996-2006-cı illərdə dosent Tofiq Cahangirov, 2006-ci ildən bu günə qədər iranşünas-alim, professor Mehdi Kazımov eyniadlı kafedraya rəhbərlik edir. Kafedranın adı 2023-cü ildən Orta Şərq dilləri və ədəbiyyatı kafedrası kimi müəyyən olunub.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət