kafedra haqqında

Ərəb filologiyası kafedrası Şərqşünaslıq fakültəsinin bakalavr pilləsi üçün ərəb öl­kə­lə­ri və İsrail üzrə regionşünaslıq, ərəb dili və ədəbiyyatı üzrə filologiya və ərəb dili üzrə tər­cü­mə ixtisaslarının əhatə etdiyi ixtisas-peşə hazırlığı və seçmə fənlərinin, magistr pil­lə­si üçün filologiya ixtisasının ərəb və ibri dilləri üzrə dilşünaslıq, ərəb ölkələri və İsrail üzrə ədə­biyyatşünaslıq ixtisaslaşmalarının əhatə etdiyi ixtisas (ixtisaslaşma) və seçmə fən­lə­ri­nin tədrisi ilə bağlı problemlərin elmi-tədqiqi ilə məşğuldur.

Bakalavr pilləsində “Regionşünaslıq (ərəb ölkələri)” ix­ti­sası üzrə Azərbaycan və rus dil­lərində “Ərəb dilinin əlifba və fonetikası və mətnlərlə bağlı qrammatik izahat”, “Ərəb di­li­nin nitq hissələri və sadə cümlələr”, “Ərəb dilinin köməkçi nitq hissələri və morfoloji xü­su­siy­yətlər”, “Ərəb dilində mürəkkəb cümlələr”, “Ərəb dilinin sintaktik xüsusiyyətləri”, “Ərəb di­li üzrə qrammatik materialın təkrarı və dövrü mətbuatdan tərcümələr”, “Ərəb dili üz­rə qram­matik materialın təkrarı və bədii ədəbiyyatdan tərcümələr”, “Ərəb olkələrinin et­no­qra­fiyası”, “Ərəb ədəbiyyatı (folklor)”, “Ərəb ölkələrinin mədəniyyəti və incəsənəti”, Azər­bay­can dilində “İbri dilinin əlifba və fonetikası və mətnlərlə bağlı qrammatik izahat”, “İb­ri di­linin nitq hissələri və sadə cümlələr”, “İbri dilinin köməkçi nitq hissələri və morfoloji xü­su­siy­yətlər”, “İbri dilində mürəkkəb cümlələr”, “İbri dilinin sintaktik xüsusiyyətləri”, “İbri di­li üz­rə qrammatik materialın təkrarı və dövrü mətbuatdan tərcümələr”, “İbri dili üzrə qram­matik ma­terialın təkrarı və bədii ədəbiyyatdan tərcümələr”, “İsrailin etnoqrafiyası”, “Yə­hudi ədə­biy­yatı (folklor)”, “İsrailin mədəniyyəti və incəsənəti” ixtisas-peşə hazırlığı fən­ləri, Azər­bay­can və rus dillərində “Ərəb ədəbiyyatı (Qədim dövr)”, “Ərəb ədəbiyyatı (Or­ta Əsrlər)”, “Ərəb ədəbiyyatı (Yeni dövr)”, “Ərəb ədəbiyyatı (Müasir dövr)”, “Ərəb fi­lo­lo­giyasına giriş”, “Tər­cümə nəzəriyyəsi (ərəb dili)”, “Əlavə Şərq dili (ərəb dilinin əlifba və fo­netikası, sadə cüm­lələr)”, “Əlavə Şərq dili (ərəb dilinin morfologiyası)”, “Əlavə Şərq dili (ərəb dilinin sin­tak­sisi)”, “İslamşünaslıq”, Azərbaycan dilində “Yəhudi ədəbiyyatı (Qədim dövr)”, “Yəhudi ədə­biyyatı (Orta Əsrlər)”, “Yəhudi ədəbiyyatı (Yeni dövr)”, “Yəhudi ədə­biy­yatı (Müasir dövr)”, “İbri filologiyasına giriş”, “Tərcümə nəzəriyyəsi (ibri dili)” seçmə fən­lər; “Filologiya” ix­tisası üzrə Azərbaycan dilində “Ərəb dili (əlifba, fonetika, mətnlərlə bağ­lı qrammatik iza­hat­lar)”, “Ərəb dili (nitq hissələri və sadə cümlələr)”, “Ərəb dili (kö­mək­çi nitq hissələri və mor­foloji xüsusiyyətlər”, “Ərəb dili (mürəkkəb cümlələr)”, “Ərəb dili (sin­taktik xü­su­siy­yət­lər-1)”, “Ərəb dili (sintaktik xüsusiyyətlər-2)”, “Ərəb ədəbiyyatı tarixi (folk­lor)”, “Ərəb ədə­biy­yatı tarixi (Qədim dövr)”, “Ərəb ədəbiyyatı tarixi (Orta Əsrlər)”, “Ərəb ədəbiyyatı tarixi (Ye­ni dövr)”, “Ərəb ədəbiyyatı tarixi (Müasir dövr)”, “Qədim dil”, “Üs­lubiyyat və nitq mə­də­niy­yəti” ixtisas-peşə hazırlığı fənləri, “Ərəb dili (ümumi qram­ma­tik material və dövrü mət­bu­atdan tərcümələr)”, “Ərəb dili (ümumi qrammatik material və tex­niki mətnlərin tər­cü­mə­si)”, “Ərəb ədəbiyyatı nəzəriyyəsi”, “Əlavə Şərq dili (ərəb dili; əlif­ba və fonetikası, sadə mətn­lər)”, “Əlavə Şərq dili (ərəb dili; nitq hissələri və sadə cüm­lə­lər)”, “Əlavə Şərq dili (ərəb dili; morfoloji xüsusiyyətlər)”, “Əlavə Şərq dili (ərəb dili; sin­tak­sis)”, “Tərcümə nəzə­riy­yəsi (ərəb dili)” seçmə fənlər; “Tərcümə” ixtisası üzrə “Ərəb di­lin­də eşidib anlama və nitq-1”, “Ərəb dilində eşidib anlama və nitq-2”, “Ərəb dilində eşidib an­lama və nitq-3”, “Ərəb dilində eşidib anlama və nitq-4”, “Ərəb dilində oxu­yub anlama və yazı-1”, “Ərəb di­lin­də oxu­yub anlama və yazı-2”, “Ərəb dilində oxu­yub anlama və ya­zı-3”, “Ərəb dilində ya­zılı anlama və ya­zılı ifadə-1”, “Ərəb dilində yazılı anlama və ya­zı­lı ifa­də-2”, “Ərəb di­lin­də şifahi anlama və şifahi ifadə”, “Peşəkar tərcümənin əsasları”, “Ya­zı­lı mətnin şifahi tər­cü­məsi”, “Tərcümə nəzəriyyəsi (ərəb dili)”, “Yazılı tər­cümə”, “Sə­nəd­ləş­mə və ter­mi­no­lo­gi­ya”, “Ardıcıl tərcümə və qeyd götürmə texnikası”, “Şifahi tərcümə”, “Əla­və Şərq (ərəb) di­li­nin əlifba və fonetikası, mətnlərlə bağlı qrammatik izahat”, “Əlavə Şərq (ərəb) dilinin nitq his­sələri və sadə cümlələr”, “Əlavə Şərq (ərəb) dilinin sintaksisi” ix­tisas-peşə hazırlığı fən­lə­ri, “İslamşünaslıq”, “Ərəb ədə­biyyatı (folklor)”, “Ərəb ədə­biyyatı (Qə­dim dövr və Orta Əsr­lər)”, “Ərəb ədə­biyyatı (Yeni və Müasir dövrlər)”, “Etnoqrafiya” seç­mə fənlərinin; Ma­gi­str pilləsində ”Filologiya” ixtisasının ”Dilşünaslıq (ərəb dili)” üzrə ix­ti­saslaşması üzrə “Ərəb dil­çiliyinin müasir problemləri”, “Ərəb dilçiliyinin tarixi və me­to­do­lo­giyası”, “Ərəb dili üz­rə xü­susi kurs”, “Leksikologiya (ərəb dili)”, “Ərəb dilinin nəzəri qram­matikası-1”, “Ərəb di­linin nə­zəri qrammatikası-2”, “Ərəb dilinin nəzəri qrammatikası-3”, “Mətnşünaslıq (ərəb di­li)”, “Mən­bəşünaslıq (ərəb dili)” ixtisas (ixtisaslaşma) fənləri, “Ümu­mi və ərəb dilçiliyinin əsas­lar”, “Əlavə Şərq (ərəb) dili (əlifba, fonetika və mor­fo­lo­gi­ya)”, “Əlavə Şərq (ərəb) dili (sa­də cüm­lələr)”, “Əlavə Şərq (ərəb) dili (sintaksis)” seçmə fən­ləri; ”Dilşünaslıq (ibri dili)” ix­ti­sas­laş­ması üzrə “İbri dilçiliyinin müasir problemləri”, “İbri dil­çiliyinin tarixi və me­to­do­lo­gi­yası”, “İb­ri dili üzrə xüsusi kurs”, “Leksikologiya (ibri dili)”, “İb­ri dilinin nəzəri qram­ma­ti­ka­sı-1”, “İb­ri dilinin nəzəri qrammatikası-2”, “İbri dilinin nəzəri qram­matikası-3”, “Mətn­şü­nas­lıq (ibri di­li)”, “Mənbəşünaslıq (ibri dili)” ixtisas (ixtisaslaşma) fən­ləri; “Ümumi və ibri dil­çi­li­yi­nin əsas­ları” seçmə fənni; ”Ədəbiyyatşünaslıq (ərəb ədə­biy­ya­tı)” üzrə ixtisaslaşması üz­rə “Ərəb ədəbiyyatının müasir problemləri”, “Ərəb ədə­biy­ya­tı­nın tarixi və metodologiyası”, “Ərəb ədəbiyyatı üzrə xüsusi kurs”, “Əlavə Şərq (ərəb ədə­biy­yatı)-1”, “Əlavə Şərq (ərəb ədə­biyyatı)-2”, “Əlavə Şərq (ərəb ədəbiyyatı)-3”, “Əruz”, “Mətn­şünaslıq (ərəb)”, “Mən­bə­şü­naslıq (ərəb)” ixtisas (ixtisaslaşma) fənləri, “Əlavə Şərq (ərəb) dili (əlifba, fonetika və mor­fologiya)”, “Əlavə Şərq (ərəb) dili (sadə cümlələr)”, “Əla­və Şərq (ərəb) dili (sintaksis)” seç­mə fənləri; ”Ədəbiyyatşünaslıq (yəhudi ədəbiyyatı)” üz­rə ixtisaslaşması üzrə “Yəhudi ədə­biyyatının müasir problemləri”, “Yəhudi ədəbiyyatının ta­rixi və metodologiyası”, “Yə­hu­di ədəbiyyatı üzrə xüsusi urs”, “Mətnşünaslıq (ibri)”, “Mən­bəşünaslıq (ibri)” ixtisas (ix­ti­sas­laşma) fənlərinin tədrisi ilə məşğuldur.

Tədris prosesinin səviyyəsini qənaətbəxş səciyyələndirmək mümkündür. Sözügedən səviyyənin artırılması istiqamətində qarşımıza çıxan əsas əngəl kimi kafedramızın istiqamətləri (xüsusilə regionşünaslıq) üzrə daxil olan tələbələrin hazırlıq səviyyəsinin olduqca aşağı olmasında görürük.

 

Ərəb filologiyası kafedrası üzrə aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri:

  1. Dilşünaslıq:

1.1. Ərəb dilinin nəzəri məsələləri:

1.1.1. Ərəb dilinin fonetikası;

1.1.2. Ərəb dilinin morfologiyası;

1.1.3. Ərəb dilinin sintaksisi;

1.1.4. Ərəb dilinin leksikologiyası.

1.2. İbri dilinin nəzəri məsələləri:

1.2.1. İbri dilinin fonetikası;

1.2.2. İbri dilinin morfologiyası;

1.2.3. İbri dilinin sintaksisi;

1.2.4. İbri dilinin leksikologiyası.

  1. Ədəbiyyatşünaslıq:

2.1. Ərəb ədəbiyyatının nəzəri məsələləri;

2.2. Yəhudi ədəbiyyatının nəzəri məsələləri.

 

Göstərilən istiqamətlər üzrə elmi işlər aparılsa da, onların daha çox impakt-faktorlu jurnallarda nəşr olunması problemi ilə üzləşirik. Bu sahədə mövcud olan rutin-bürokratik səciyyəli, yerləşdirilmələrinə tələb olunan maddi vəsaitin yüksək olması, Azərbaycanda bu kimi jurnalların, demək olar ki, yox dərəcəsində olması kimi əngəllər az maneə törətmir. Öz tərəfimizdən elmi işlərin keyfəyyət və elmi sanbalı baxımı da qarşısından gəlməli olduğumuz problem kimi təsvir oluna bilər.

 

 

Elmi prioritet istiqamətlərinin dəqiqləşdirilməsi

 

Mövcud istiqamətlər kifayət qədər əhatəlidir. Zənnimizcə, xüsusi dəqiqləşdirməyə ehtiyac yoxdur. Lakin məsələni növbəti kafedra iclasında müzakirəyə çıxarmaqla daha dolğun və dəqiq fikirlər söyləmək mümkündür.

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət