16 NOYABR 2023-CÜ İL TARİXİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ TƏDBİRLƏRİ ÇƏRÇİVƏSİNDƏ "ŞƏRQ MƏDƏNİYYƏTİ SƏRGİSİ" KEÇİRİLƏCƏK
16 noyabr 2023-cü il tarixində Şərqşünaslıq fakültəsi könüllülərinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi tədbirləri çərçivəsində Şərq ölkələri klubunun "Şərq mədəniyyəti sərgisi" keçiriləcək
UZAQ ŞƏRQ DİLLƏRİ VƏ ƏDƏBİYYATI KAFEDRASINDA “ÇİN DİLİNDƏ ZAMAN KATEQORİYASI” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLƏCƏK
2 aprel 2023-cü ildə
28 NOYABR 2022- Cİ İL TARİXİNDƏ X AZƏRBAYCAN-KOREYA DİLİ NİTQ MÜSABİQƏSİ KEÇİRİLƏCƏK
Bakı Dövlət Universiteti, Koreya Respublikasının Azərbaycandakı səfirliyi, Koreya Fondu və Azərbaycan Koreya dili Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə X Azərbaycan-Koreya dili nitq müsabiqəsi keçiriləcək. Müsabiqədə Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Texnologiya Universitetinin ümumilikdə 11 tələbəsi iştirak edəcək.
Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında “Çin dilində zaman kateqoriyası” mövzusunda elmi seminar keçiriləcək. Seminarın məruzəçisi kafedranın çin dili müəllimi Fiqarova Ləman dilçilikdə zamansız dil olaraq - keçmiş, indi, gələcək və s. zamanın qrammatik kateqoriyalarına malik olmayan dil olduğundan və belə dillərin zaman anlayışını bildirən sözlərlə (dünən, bu gün, bir il əvvəl) zərflər, feillər, tərz kombinasiyası və modallıq bildirən sözlərlə ifadə edilirməsi haqqında məlumat verəcək. Fakültəni Çin dili və ədəbiyyatı üzrə bütün müəllim və tələbələri dəvətlidirlər.