FAKÜLTƏMİZİN MƏZUNU TÜRKİYƏ UNİVERSİTETLƏRİNDƏ TƏHSİLİN MÜASİR İNNOVATİV METODLARI HAQQINDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK
20 fevral 2024-cü il saat 12 də Reqionşünaslıq (Türkiyə üzrə) ixtisasının məzunu, hal-hazırda Türkiyənin Ege Universiteti, Türk Dünyası Araşdırmalar İnstitutunun Türk Dünyası Ədəbiyyatları doktorluq proqramı üzrə doktorantı Məmmədov İslam Şərqşünaslıq fakültəsinin tələbələri üçün Türkiyə Universitetlərində təhsilin müasir innovativ metodları haqqında məruzə ilə çıxış edəcək. Məruzəçi eyni zamanda tələbələrə təhsillərini Türkiyə universitetlərində davam etdirmək üçün Türkiyə burs proqramları haqqında da məlumat verəcək.
22 DEKABR 2023-CÜ İL SAAT 12- DƏ “MELİH CEVDET ANDAYIN ŞEİRLƏRİNDƏ İCTİMAİ MOTİVLƏR” ADLI ELMİ SEMİNAR KEÇİRİLƏCƏKDİR
22 dekabr 2023-cü il saat 12- də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Melih Cevdet Andayın şeirlərində ictimai motivlər” adlı elmi seminar keçiriləcəkdir. Türk filologiyası şöbəsinin bütün müəllim və tələbə heyəti dəvətlidir.
26 OKTYABR SAAT 14.00 -DA TÜRKİYƏ RESPUBLİKASININ QURULMASININ 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ "EY YÜKSELEN YENİ NESİL! İSTİKBAL SİZİNDİR!" ADLI TƏDBİR KEÇİRİLƏCƏKDİR
26 oktyabr saat 14.00 -da Yeni tədris binasının Dairəvi zalında Türkiyə Respublikasının qurulmasının 100 illiyi münasibəti ilə "Ey yükselen yeni nesil! İstikbal sizindir!" adlı tədbir keçiriləcəkdir. Bütün tələbə və müəllim heyəti dəvətlidir.
ŞƏRQŞÜNASLIQ FAKÜLTƏSİNDƏ ELMİ SEMİNAR KEÇİRİLƏCƏK. TÜRK FİLOLOGİYASI ŞÖBƏSİNİN BÜTÜN MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİ DƏVƏTLİDİR
24 aprel 2023-cü ildə Şərqşünaslıq fakültəsində elmi seminar keçiriləcək. Seminarın məruzəçisi Türk filologiyası kafedrasının dosenti Nurlanə Mustafayeva “Əhməd bəy Ağaoğlu yaradıcılığı Türkiyə ədəbiyyatşünaslığında” mövzusunda çıxış edəcəkdir.