Pakistan

Pakistan üzrə

2015-ci il
Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələri ilə görüşüb,

2016-cı il
Bakı Dövlət Universitetində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib. Məhəmməd Nəvaz Şərif öncə universitetin Şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb. Tələbələr urdu dilində Azərbaycan-Pakistan əlaqələri ilə bağlı fikirlər səsləndirib, məşhur pakistanlı şair Allama İqbalın şeirlərini söyləyiblər. Ali qonağın Heydər Əliyev Muzeyi ilə tanışlığından sonra tədbir işini universitetin böyük akt zalında davam etdirib.

2019-cu il
Şərqşünaslıq fakültəsinin Pakistan üzrə Regionşünaslıq ixtisasının tələbələri Pakistanın nüfuzlu universitetlərinin  magistraturasına qəbul olunmuşlar. Quliyev Şahbaz NUST universitetinin "Sülh və konfliktologiya", Mansurov Taleh COMSATS universitetinin "Beynəlxalq hüquq" ixtisasına qəbul olunmuşdur. Hər iki gəncimizi təbrik edirik.

2021-ci il
Pakistanın Siyalkot Universitetinin İqbalşünaslıq kafedrasının müdiri professor Yasmin Kövsər Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələrinə "Urdu dilinin inkişafında Məhəmməd İqbalın rolu" adlı mühazirə oxuyub.

2021-ci il
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov
Pakistanın Regional İnteqrasiya Mərkəzi (RIC), Pəncab Universiteti və Qlobal Strateji Araşdırmalar Mərkəzi (CGSS) tərəfindən xarici diplomatlar və regionşünaslar üçün “Pakistanın çağdaş dinamikası” adlı pakistanşünaslıq üzrə xüsusi diplomatik, ixtisasartırma və təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək sertifikata layiq görülüb.

2021-ci il
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Pakistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Urdu dilində danışıq klubu” adlı vebinar keçirilib. Vebinarda çıxış edən Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov Azərbaycan-Pakistan əlaqələrinin tarixi köklərinə toxunub, BDU haqqında məlumat verib. Tədbirdə urdu dili ixtisası üzrə təhsil alan tələbələr çıxış ediblər. Sonda səfir Bilal Haye iştirakçıların suallarını cavablandırıb. Görüşdə Şərqşünaslıq fakültəsinin dekan müavinləri Nigar İsmayılzadə, Tərlan Məlikov və Şahin Yusifli, urdu dili ixtisası üzrə təhsil alan tələbələr və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan pakistanlı tələbələr iştirak ediblər.

2022-ci il
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Pakistanın Muslim İnstitutunun direktoru, Cunaqat əyalətinin hazırkı Baş naziri, Sultan Əhməd Əli Sahib ilə görüş keçirilib.

2023-cü il
Pakistanın Hökumət Kollec Universitetinin Urdu dili kafedrasının dosentləri AlmasXanum və Faiza Bəşir Şərqşünaslıq fakultəsində qonaq olmuşlar.

Pakistanın Pəncab Universiteti, Siyalkot Universiteti, Hökumət Kollec Universiteti, Müasir Dillər Universiteti və Muslim institutu il əməkdaşlıq edilir.

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət