Vüqar Qaradağlı
Filologiya elmləri namizədi, dosent İş telefonu: +(994) 12 439 07 34 e-mail:[email protected]
QISA BİOQRAFİK MƏLUMAT
- 1966-cı il noyabrın 24-də Bakıda anadan olub
- 1973-1983-cü illərdə Tofiq Hüseynov adına 134 saylı Bakı şəhər orta məktəbdə oxuyub
- 1983-1985 və 1987-1990-cı illərdə BDU-nun şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb
- 1985-1987-ci illərdə Pribaltika Hərbi Dairədə həqiqi hərbi xidmətdə olub
- 1990-cı ildən BDU-da çalışır. 1999-cu ilin mart ayından 2006-cı ilin sentyabr ayınadək həmçinin «Bizim əsr», «Наш век», «Our century» qəzetləri, www.lidertv.com internet saytı, «Media-Press» informasiya agentliyi, «Lider» radiosu, «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq» şirkətinin baş direktoru işləyib
- Ailəlidir, iki övladı var
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2005, fil.e.n., «Qurani-kərimin qiraəti və onun linqvistik əsasları»
- 1983-1985 və 1987-1990, tələbə, Şərqşünaslıq fakültəsi, BDU
ƏMƏK FƏALİYYƏTİ
- 2006 – h/h , dosent, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1999-2006 baş direktor, «Bizim əsr», «Наш век», «Our century» qəzetləri, www.lidertv.com internet saytı, «Media-Press» informasiya agentliyi, «Lider» radiosu, «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq» şirkəti
- 1994-2006, baş müəllim, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1994-1999, dekan müavini, İlahiyyat fakültəsi, BDU
- 1992-1994, müəllim, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- 1991-1992, böyük inspektor, Tədris hissəsi, BDU
- 1990-1991, baş laborant, Ərəb filologiyası kafedrası, Şərqşünaslıq fakültəsi, BDU
- Apardığı dərslər: Ərəb dili, İslamşünaslıq, İslam əxlaqının əsasları
- 35 elmi məqalə və 3 kitabın müəllifidir
TƏDQİQAT SAHƏSİ
- Ərəb dili, Qurani-kərim, Azərbaycan filologiyası, Azərbaycan pedaqogikası
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2014, Asim qiraətinin Şü’bə və Həfs rəvayətlərində həmzə, bə, tə, sə, cim, dəl, zəl, zəy, sin, şin, fə, kəf, hə və ya yə-dən sonrakı fəthənin səslənməsi, Professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı
- 2003, Bakı, Azərbaycan; «Şərqşünaslığın aktual problemləri» mövzusunda elmi konfrans
- 2002, Bakı, Azərbaycan; professor Vasim Məmmədəliyevin yubileyinə həsr edilmiş «Şərqşünaslığın aktual problemləri» elmi konfrans
- 2001, Bakı, Azərbaycan; akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş «Şərqin aktual problemləri: tarix və müasirlik» mövzusunda elmi-nəzəri konfrans
- 2001, Bakı, Azərbaycan; professor Məmməd Mübariz Əlizadənin 90 illiyinə həsr olun¬muş elmi konfrans
- 1994, Bakı, Azərbaycan; «Yaxın və Orta Şərq xalqlarının dil və ədəbiyyatları tədrisinin nə¬zəriyyə
- 1993, Bakı, Azərbaycan; «BDU-nun 75 illiyinə həsr olunmuş elmi konfrans»
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2018, Ərəb dilində qoşadodaq samitləri və dodaq-diş samiti
- 2017, «Vətən dili» və Həsənəli ağa Xan Qaradağski (Qaradaği)
- 2016, Qur’ani-Kərimin qiraət üsulları
- 2015, Ərəb dilində dil önü diş-damaq ط və ت samit səsləri, Azərbaycan Müəllimlər İnstitutu, Xəbərlər, Elmi- metodik jurnal, №3, Bakı
- 2015, Ərəb dilində arxa səs damaq ك، غ، خ samit səsləri, Pedaqoji Universitet xəbərləri, №3, Bakı
- 2014, Ərəb ədəbi dilində allioriat “ra” samit səsi, İlahiyyat fakültəsi, s 136-138
- 2013, Rixard Vaqner “Mənim həyatım”, Heydər Əliyev Fondu. Bakı
- 2008, Müasir ərəb ədəbi dilində vokalizm
- 2008, Müasir ərəb ədəbi dili fonetikasının iki aspekti
- 2008, Müasir ərəb ədəbi dili fonetikasının tədrisi
- 2004, Ərəb səslərinin «sifətləri»nin öyrənilməsi haqqında
- 2004, Əl-İxlas surəsi və onun qiraət özəllikləri
KİTABLARI
- 2007, Vətən dili (Tərtib, transfoneliterasiya, ön söz, qeyd və şərhlər)
- 2007, Qurani-kərim: qiraətlər və təcvidin əsas qaydaları
- 2007, Qurani-kərim: qiraətlər və təcvidin əsas qaydaları (rus dilində)
|
|