“Yəhudi diasporunun tarixi və mədəni irsi”

BDU-nun Şərqşünaslıq fakültəsində “Yəhudi diasporunun tarixi və mədəni irsi”nə həsr olunmuş seminar keçirilib
20 noyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Regionşünaslıq (İsrail) ixtisası üzrə II kurs tələbələrinin iştirakı ilə yəhudi diasporunun müxtəlif ölkələrdə tarixi, mədəniyyəti və ənənələrinə həsr olunmuş elmi-praktik seminar keçirilmişdir.
Elmi seminarda Ərəb filologiyası kafedrasının baş müəllimi Təranə Hüseynbalayeva giriş mühazirəsi ilə çıxış etmişdir. O, yəhudi diasporunun müxtəlif ölkələrdə formalaşması, tarixi inkişaf mərhələləri, etnik-mədəni xüsusiyyətləri və dünya mədəniyyətinə töhfələri haqqında tələbələrə ətraflı məlumat vermişdir.
Daha sonra II kurs tələbələri hazırladıqları təqdimatlarla çıxış etmişdirlər. Təqdimatlarda Amerikada yəhudi diasporunun tarixi və müasir dövrdə inkişafı, Polşa yəhudilərinin qetto həyatı və Holokost faciəsi, Azərbaycan, Gürcüstan, Buxara, Dərbənd, Türkiyə və İran yəhudilərinin tarixi-mədəni irsi, Rusiya yəhudilərinin cəmiyyətə töhfələri, Almaniya yəhudilərinin maarifçilik dövründən Holokosta qədərki həyatına həsr olunmuş mövzular əhatə olunmuşdur.
Təqdimatların sonunda fakültə dekanı dosent Aydan Xəndan və elmi işlər üzrə dekan müavini dosent Nigar İsmayılzadə çıxış edərək tələbələrin hazırladıqları araşdırmalar, mövzuların aktuallığı və təqdimatların elmi-maarifləndirici əhəmiyyəti barədə fikirlərini bildirmişlər. Onlar tələbələrin müstəqil araşdırma aparmaq, tarixi faktları təhlil etmək və əldə etdikləri bilikləri auditoriyaya çatdırmaq bacarıqlarının inkişafının vacibliyini vurğulamışlar.