Tələbələrimiz universitetin Tarix Muzeyində

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə I kurs tələbələri üçün universitetin Tarix Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələr Bakı Dövlət Universitetinin yaranma tarixi, inkişaf mərhələləri, zəngin elmi və mədəni irsi, eləcə də universitetin ölkənin təhsil və elm tarixindəki rolu haqqında ətraflı məlumat əldə ediblər. Muzeydə nümayiş etdirilən tarixi eksponatlar, sənədlər və fotoşəkillərlə yaxından tanış olublar.
Ekskursiyanın əsas məqsədi tələbələrin universitetin tarixinə dair biliklərini artırmaq, onların dünyagörüşünü genişləndirmək və BDU-nun zəngin ənənələrini daha yaxından tanıtmaq olub. Maarifləndirici səfər tələbələrdə universitetin tarixinə və elmi irsinə marağın artırılmasına xidmət edib.