Fakültəmizdə “Kinolabirint” adlı intellektual yarış keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Kinolabirint” adlı intellektual yarış keçirilib.
Tədbirin əsas məqsədi tələbələr arasında Azərbaycan kinosuna marağı artırmaq, milli kino irsinin təbliğinə töhfə vermək, iştirakçıların bilik və dünyagörüşünü yoxlamaq olub. Yarış zamanı iştirakçılara Azərbaycan kinosunun klassik nümunələri, tanınmış filmlər, onların süjet xətti, obrazları və digər maraqlı məqamları ilə bağlı müxtəlif suallar ünvanlanıb. Komandalar verilən sualları cavablandıraraq öz bilik və çevikliklərini nümayiş etdiriblər. Tədbir boyunca tələbələr Azərbaycan kino tarixinin maraqlı məqamlarını xatırlamaq, milli filmlər haqqında biliklərini sınamaq və yeni məlumatlar əldə etmək imkanı qazanıblar. Sonda yarışın nəticələrinə əsasən qalib komanda müəyyənləşdirilib və komanda üzvləri təşkilatçılar tərəfindən təltifnamələrlə mükafatlandırılıblar.