“Qılınc və Qələmin Vəhdəti: Şah İsmayıl Xətai”

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT)təşkilatçılığı ilə “Qılınc və Qələmin Vəhdəti: Şah İsmayıl Xətai” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi Şah İsmayıl Xətainin həyat və yaradıcılığını, Azərbaycan tarixində və ədəbiyyatında tutduğu yeri tələbələrə daha yaxından tanıtmaq olub.Tədbir zamanı Xətainin həyatı, siyasi fəaliyyəti və ədəbi irsi haqqında məlumat verilib. Onun “Divan”, “Nəsihətnamə” və “Dəhnamə” əsərlərinin məzmunu, yaradıcılığında əks olunan məhəbbət, mənəviyyat və əxlaqi dəyərlərdən bəhs olunub. Həmçinin “Dəhnamə” əsərinin süjet xətti və ədəbi xüsusiyyətləri iştirakçıların diqqətinə çatdırılıb.Proqram çərçivəsində Şah İsmayıl Xətainin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, yaradıcılığından seçilmiş nümunələr səsləndirilib. Tədbirin davamında mövzu ilə bağlı sual-cavab və müzakirələr aparılıb, iştirakçılar öz fikirlərini bölüşüblər. Sonda Xətainin zəngin ədəbi irsinin və tarixi şəxsiyyətinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.