2024-cü ildə
- Şərqşünaslıq fakültəsi ilə Yunus Emrə İnstitutunun əməkdaşlıq münasibətləri əsasında fakültədə «Türk odası» xüsusi auditoriyası açılıb.
Beynəlxalq Ərəb dili Günü münasibətilə Misir, Küveyt, Səudiyyə Ərəbistanı və Qətər dövlətlərinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir və missiya rəhbərləri fakültə tədbirində iştirak ediblər.
4. Tələbələrimiz Yunus Emrə İnstitutunun təşkilatçılığı ilə keçirilən «İntellektual yarış»da iştirak ediblər
5. Tələbələrimiz BDU-nun Konfutsi Mərkəzi və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə XXIII Beynəlxalq “Çin dili körpüsü” müsabiqəsində iştirak ediblər.
6. Küveyt səfirliyi ilə əməkdaşlıq çərçivəsində fakültənin 4 nəfər məzunu Küveyt Dillər Universitetinin Dillər Mərkəzində təqaüd proqramı əsasında təhsillərini davam etdiriblər. - Üç tələbə Qətərdə keçirilən ərəb dili üzrə universitetlərarası Beynəlxalq Debat Çempionatına iştirak ediblər.
3. Çin dili üzrə ixtisaslaşan yüksək göstəricilərə malik 6 tələbə Çinin Anhui Universitetində iki həftəlik yay məktəbində iştirak ediblər.
4. İki tələbə XIV Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadasında və Müstəqil Dövlətlər Birliyi (MDB) Koreyaşünas Gənc Tədqiqatçıların IX Konfransında iştirak ediblər. 1 tələbə III yerə layiq görülərək diplom və sertifikatla, 1 tələbə isə sertifikatla mükafatlandırılıblar.
5. Dörd tələbə COP29 ilə bağlı tədbirlər çərçivəsində «Word Religions for a Green Planet" The Global Summit of Religions Leaders within the COP29» konfransının işində yaxından iştirak edərək, ərəb dili üzrə könüllülük fəaliyyəti göstəriblər.
6. Bir tələbə Yaponiyanın Qunma Universitetində Mext proqramı üzrə bir illik təhsilini yekunlaşdıraraq, geri qayıdıb.
7. Dörd tələbə "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın işində yaxından iştirak edərək, ərəb dilində könüllülük fəaliyyəti yerinə yetiriblər.
8. Bir müəllim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində iştirak edib.
9. Bir tələbə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təşəkkürnamə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sertifikatı ilə təltif olunmuşdur.
2018-ci ildə İran gənclərinin BDU-da Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşü keçirilib.
2017-ci ildən etibarən Küveytin Dillər Universitetinə hər il 1 nəfər olmaqla 1 illik ixtisasartırma kurslarına tələbələr göndərilir.
Tehran və Təbriz Universitetlərinin dəvəti ilə əməkdaşlar konfranlarda və ixtisasartırma kurslarında iştirak ediblər. Sonuncu dəfə 2016-ci ildə tələbələrin bir qrupu və iki müəllim Təbriz Universitetində olublar.
2018-2019-ci illərdə fakültə tələbələri Malayziyada ərəb dili üzrə Asiya çempionatında iştirak ediblər.
Ərəb ölkələrindən Misir, Qətər kimi dövlətlər fakültəyə kitablar hədiyyə edib.
Fakültə tələbələrindən 1 nəfər 2014-cü ildə Əl-Əzhər Universitetində 1 illik təhsil alıb.
Misirlə olan əlaqələr çərçivəsində 1 nəfər professor tədrisə cəlb edilib.
Misir ƏR Ali Təhsil Nazirliyi nəzdində qeyri-ərəblər üçün ərəb dili mərkəzinə müəllimlər göndərilib.
2015-ci ildə 1 nəfər müəllim Mərakeşin Rabat şəhərində V Məhəmməd Universitetinə ezam olunaraq, Filologiya və Humanitar elmlər fakültəsinin magistr pilləsində Azərbaycan dili fənnindən dərs demişdir. 2019-cu ildə Mərakeş-Azərbaycan dostluq cəmiyyətinin baş katibi Məhəmməd Faqiri BDU-da olmuşdur.
2010-cu ildən etibarən İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və fakültənin təşkilatçılığı ilə fars dili üzrə respublika olimpiyadası keçirilir. Ənənəvi olimpiyadanın 1-i fakültədə olmaqla 2010-2017-ci illərdə 6 dövrəsi keçirilb. Hər birində fakültə tələbələri yüksək yerlər tutublar.
Türkiyə Baş Nazirlik Əməkdaşlıq və Koordinasiya agentliyi (TİKA) 2016-cı ildə fakültədə iki auditoriyanı təmir etdirmiş, mebel və kitablarla təchiz etmişdir.
2010-cu ildə fakültədən 2 tələbə Xayfa Universitetində 1 aylıq kurslarda iştirak ediblər.
Fakültədən 1 əməkdaş 2015-ci ildə Tel-Əviv Universitetində samişünas alim Şlomo Yizreelinin iştirak etdiyi 1 həftəlik müqayisəli samişünaslıq müzahizələrində iştirak etmişdir.
Onu da qeyd edək ki, 2010-cu ildə Şərqşünaslıq fakültəsinin tələbələrindən 6 nəfər Koreya Respublikasında, 3 nəfər Çin Xalq Respublikasında və 4 nəfər Yaponiyada 2-6 ay müddətində təcrübə keçmişlər.
2009-cu ildə fakültənin 1 əməkdaşı Xayfa Universiteti magistr və ibri dili müəllimi üçün təşkil olunmuş bir aylıq təkmilləşdirmə kurslarında iştirak etmişdir.
Tələbələrimizin təhsil aldığı ÇXR universitetləri:
- Xiamen Universiteti
- Şərqi Çin Normal Universiteti
- Şanxay Beynəlxalq Təhsil Universiteti
- Şərqi Çin Pedaqoji Universiteti
- Çunsin Pedaqoji Universiteti
- Mərkəzi Çin Normal Universiteti Beynəlxalq mədəni əlaqələr kolleci
- (Chongping Normal University)
- Anhui Universiteti
- Şanxay Universiteti Beynəlxalq mübadilə kolleci
- Donghua Universiteti
- Çinşünaslıq beynəlxalq kolleci
- Nanjing İnformasiya və Texnologiya Universiteti
- Cənubi Çin Pedaqoji Universiteti
- Syamen Universiteti
- Nankin Universiteti
- Şanxay çin dili porqramı
- Pekin Paytaxt Universiteti
- Marksizm məktəbi. Siyasi elm proqramı
- Fudan Universiteti
- Şanxay Beynəlxalq Biznes və İqtisadiyyat Universiteti
- Yangzhou Universiteti
- Pekin Birləşmiş Universiteti
Yaponiya Universitetləri
- Hiroşima Universiteti Yaponiya Araşdırmalar Mərkəzi MEXT təqaüd proqramı
- Labo Yapon dili tədris institutu
- Gunma Universiteti
- Maebaşi (Maebashi) Universiteti
- Saitama Universiteti
Koreya Universitetləri
AKS proqramı
ÇXR səfirliyinin hər il Çin dili körpüsü adlı müsabiqəsi keçilir.
Erasmus proqramı üzrə tələbələrimiz Göttingen Universitetinin təşkilatçılığı ilə olan Erasmus Mundus ALRAKİS II və Erasmus Mundus Action II Eurofast proqramında iştirak ediblər.
2017-ci ildə fakültədə Yapon dövlətinin maliyyə dəstəyi ilə yapon dili tədris otaqları təmir edilmişdir.
Fakültədə BDU ilə müqavilə əsasında Misir, ÇXR, Koreya və Yaponiyadan olan müəllimlər vaxtaşırı tədrisə cəlb olunmuşlar.