“Sivilizasiyaların Paralel Tarixi”

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Sivilizasiyaların Paralel Tarixi” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi tələbələrə dünya sivilizasiyalarının tarixi, mədəniyyəti, elmi nailiyyətləri və fəlsəfi düşüncəsi haqqında məlumat vermək, onların dünyagörüşünü genişləndirmək olub.
Tədbir çərçivəsində astronomiya, tibb, elm, memarlıq, musiqi, kino, ədəbiyyat və fəlsəfə kimi müxtəlif sahələr üzrə məlumatlar təqdim edilib. Eyni zamanda, iştirakçılar qədim sivilizasiyaların elmi və mədəni irsi, görkəmli şəxsiyyətlərin fikirləri və tarixi nailiyyətləri ilə tanış olublar.Tədbir tələbələrin müxtəlif sivilizasiyaların zəngin irsi haqqında biliklərinin artırılmasına və intellektual dünyagörüşlərinin inkişafına xidmət edib.