Urdu dili üzrə nitq müsabiqəsi keçirilib
11 May 2023 11:14

Şərqşünaslıq fakültəsində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş urdu dili üzrə nitq müsabiqəsi keçirilib.
08 may 2023-cü il tarixində Şərqşünaslıq fakültəsində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş urdu dili üzrə nitq müsabiqəsi keçirilib. Müsabiqə fakültə könüllülərinin təşkilatı dəstəyi ilə baş tutub. Nitq müsabiqəsində fakültənin Pakistan üzrə regionşünaslıq ixtisasının tələbələri iştirak ediblər. Ulu öndər Heydər Əliyevlə bağlı mövzular üzrə urdu nitqlər dinlənilib. Orta şərq dilləri və ədəbiyyatı kafedrasının professor-müəllim heyətindən təşkil olunmuş müsabiqə komitəsi çıxışları 10 ballıq qiymətləndirmə sistemi üzrə qiymətləndirmiş, sonda 4 juri üzvününün qiymətlərinin ədədi ortası nəticəsində qaliblər müəyyən edilmişdir. Müsabiqə ilə bağlı kafedra müdiri, prof. Mehdi Kazımov çıxış edərək, müsabiqənin əhəmiyyətindən söz açmış, dil üzrə tələbələrin bacarıqlarının artırılması ilə bağlı əsas məqamları iştirakçıların diqqətinə çatdırmışdır. Nəticələri açıqlamamışdan əvvəl dekan, dos. Aydan Xəndan tələbələrin çıxışlarını yüksək qiymətləndirmiş, bütün iştirakçılara uğurlar arzulamışdır. Müsabiqənin nəticəsinə əsasən, dördüncü kurs tələbəsi Zibeydə Babayeva birinci yerə, birinci kurs tələbələri Nəzrin Şahgəldiyeva ikinci yerə, Şövkət Eyvazova üçüncü yerə layiq görülmüş, kubok və sertifikatla mükafatlanmışlar. Sonda xatirə şəkilləri çəkilmişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36