“Bir ömrün tarixi”

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə görkəmli tarixçi və şərqşünas alim İlber Ortaylının həyat və yaradıcılığına həsr olunmuş “Bir ömrün tarixi” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələri İlber Ortaylının zəngin elmi irsi və dəyərli əsərləri ilə yaxından tanış etmək, onun tarixə baxışını öyrənmək və gənclərin akademik dünyagörüşünün artırılmasına töhfə vermək olub.
Xatirə tədbiri çərçivəsində alimin elmi fəaliyyəti, şərqşünaslıq və tarix sahəsindəki müstəsna xidmətləri müzakirə olunub, iştirakçılara yeni biliklər əldə etmək üçün əlverişli mühit yaradılıb.