“Mədəniyyətlərin rəngləri”

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatı(TGT) və CreArt Club-un birgə təşkilatçılığı ilə “Mədəniyyətlərin rəngləri” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində Şərq ölkələrinin mədəniyyətlərinə xas xüsusiyyətlər, musiqi, sənətkarlıq nümunələri və ənənələr haqqında məlumat verilib.İnteraktiv hissədə tələbələr komandalar şəklində iştirak edərək seçdikləri ölkələrin mədəniyyətini, milli dəyərlərini və özünəməxsus xüsusiyyətlərini təqdim ediblər. Təqdimatların yekununda fərqlənən komandalar qiymətləndirilib və qaliblər medallarla təltif olunublar.
Tədbir müxtəlif mədəniyyətlərin tanıdılması, xalqlar arasında qarşılıqlı hörmət və anlaşmanın təşviqi baxımından əhəmiyyət daşıyıb.