Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
-lg.jpg)
2026-cı il iyulun 6-dan 31-dək Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin üç tələbəsi Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər.
BDU-nun Şərqşünaslıq fakültəsinin Filologiya (türk dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan Əlizadə Ləman və Həsənli Nəzmin, Regionşünaslıq (Türkiyə) ixtisasının tələbəsi Qurbanlı İbrahim bir ay müddətində Türkoloji yay məktəbində türk dili üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.
Bir ay davam edən yay məktəbi proqramını uğurla başa vuran tələbələr Azərbaycana qayıdıblar. Proqram çərçivəsində tələbələrin türk dili üzrə biliklərinin daha da inkişaf etdirilməsi, beynəlxalq təhsil mühitində təcrübə qazanmaları və Türkiyənin zəngin mədəniyyəti ilə yaxından tanış olmaları üçün müxtəlif imkanlar yaradılıb. Proqram müddətində tələbələr Ankara ilə yanaşı, Bolu, Kapadokya və İstanbul kimi şəhərləri də ziyarət edərək Türkiyənin tarixi və mədəni irsi ilə yaxından tanış olublar.
Yay məktəbində iştirak tələbələrin dil bacarıqlarının inkişafına, beynəlxalq təhsil mühitində təcrübə qazanmalarına və gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmalarına mühüm töhfə verib.