“Koreya və Azərbaycan dilçiliyində feilin növ kateqoriyasıın tədqiqi vəziyyəti”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar keçirilmişdir. Seminarda Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi və dissertantı Həsənova-Orucova Vüsalə “Koreya və Azərbaycan dilçiliyində feilin növ kateqoriyasıın tədqiqi vəziyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi bu mövzunun hər iki dildə ilk dəfə araşdırıldığına görə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış, hər iki dildə bu kateqoriyanın hərəkətin icraçısı, təsirə məruz qalan obyekt və hərəkətin istiqaməti ilə əlaqəli olduğunu qeyd etmişdir. Bununla belə, növ formalarının yaranması, qrammatik ifadə vasitələri və təsnifatı baxımından dillər arasında ciddi fərqlər mövcud olduğunu da nümunələrlə göstərmişdir. Tədqiqatın əsas məqsədinin bu iki dildə feilin növ kateqoriyasının öyrənilmə səviyyəsini müəyyənləşdirmək, mövcud yanaşmaları müqayisə etmək və araşdırılmamış məsələləri üzə çıxarmaq olduğunu əsaslandırmışdır. Araşdırmanın nəticəsində hər iki dildə feilin növ kateqoriyasının qruplaşdırılması və yaranma üsullarının fərqli olduğu məlum olmuşdur. Azərbaycan dilində feilin 6 növünü öyrəniriksə koreya dilində əsasan iki qrupa bölmək olar. 사동사(sadonqsa) 2) 피동사(pidonqsa). Sadonqsa subyektin hərəkətin öz iradəsi ilə deyil ikinci və ya üçüncü tərəfin təsiri ilə yerinə yetirildiyini bildirir və müxtəlif şəkilçilər vasitəsi ilə düzəlir. Məruzəçi Azərbaycan dilində bu formanın qismən feilin icbar növünə uyğun gəldiyini, amma Koreya dilində icbar növün daha geniş mövzunu əhatə etdiyini, feilin icbar növünün müxtəlif yollarla, morfoloji və sintaktik yollarla yarana bildiyini təhlil etmişdir.
Elmi seminar fikir mübadiləsi və diskussiyalarla davam etmişdir.