Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
15 Sentyabr 2026 16:30

15 sentyabr - Bilik Günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində yeni qəbul olunmuş I kurs tələbələri ilə məlumatlandırıcı görüş keçirilib.
Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı, dekan müavinləri və I kurs tələbələri iştirak ediblər. Görüşün əsas məqsədi universitetə yeni qəbul olunan tələbələri fakültənin tədris prosesi, tələbə həyatı və qarşıda duran akademik imkanlar barədə məlumatlandırmaq olub.
Görüş zamanı tələbələrə fakültənin fəaliyyəti, tədris prosesi, dərs və imtahan qaydaları, tələbələrin hüquq və vəzifələri, eləcə də universitet həyatında fəal iştirakın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbələrin qarşılaşa biləcəyi məsələlər və onların həlli yolları ilə bağlı tövsiyələr səsləndirilib.
Son XƏBƏRLƏR
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
14.09.2026 | 18:36
Tələbələrimiz təhsilini Çində davam etdirəcək
08.09.2026 | 16:26
Tələbələrimiz beynəlxalq forumda
13.08.2026 | 20:34