Tələbəmizin məqaləsi BDU-nun “Tarix və onun problemləri” jurnalının xüsusi nömrəsində

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin "Regionşünaslıq (Türkiyə üzrə)" ixtisasının III kurs tələbəsi Orxan Səmədovun Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmovun həmmüəllifliyi ilə I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş BDU-nun “Tarix və onun problemləri” jurnalının xüsusi nömrəsində məqaləsi dərc olunmuşdur. Məqalədə Osmanlı imperiyasının fəth etdiyi ərazilərdə digər türk dövlətlərindən fərqli olaraq tətbiq etdiyi tolerant, humanist və davamlı idarəçilik siyasətinin formalaşma prosesi tədqiq edilmişdir. Gelibolunun və İstanbulun fəthi zamanı yerli əhaliyə verilən təminatlar, dini azadlıqlar və ahidnamələr tarixi mənbələr əsasında araşdırılaraq əsaslandırılmışdır.