Tələbələrimiz Təkamül Muzeyində

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 1-ci kurs tələbələri ilə Təkamül Muzeyini ziyarət ediblər.
Səfər zamanı tələbələrə canlı aləmin yaranması və inkişaf yolu, müxtəlif canlı növlərinin təkamül mərhələləri haqqında etibarlı məlumatlar təqdim olunub. Bildirilib ki, muzeydə biologiya və təkamül nəzəriyyəsinə dair zəngin eksponatlar, təfərrüatlı nümayiş materialları və əyani vəsaitlər təqdim edilir.
Tələbələr elmi biliklərini artıran, nəzəri məlumatlarını əyani şəkildə möhkəmləndirən və dünyagörüşlərinin genişlənməsinə xidmət edən bu zəngin ekspozisiya ilə yaxından tanış olublar.
Sonda tələbələr muzeydə qazandıqları yeni bilik və təəssüratlarını bölüşüblər. Bu cür maarifləndirici tədbirlər tələbələrin elmi maraqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verir.