“Çin – mənim arzum”
-lg.jpg)
Bakı Dövlət Universitetinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarovanın “Çin – mənim arzum” kitabı işıq üzü görüb.
Kitab təkcə bir tələbənin xaricdə təhsil almaq təcrübəsindən deyil, arzuların məqsədə, məqsədlərin isə gerçəkliyə çevrilməsindən bəhs edir. Kitabı vərəqlədikcə oxucu əldə olunan uğurlarla yanaşı, bu uğurların arxasında dayanan uzun hazırlıq mərhələləri, tərəddüdlər, məsuliyyət hissi və şəxsi inkişaf prosesi ilə də tanış olur.
“Çin – mənim arzum” Çinə və xaricdə təhsilə maraq göstərənlərlə yanaşı, böyük arzular qurmaqdan çəkinməyən, qarşısına məqsəd qoyan və həmin məqsədə çatmaq üçün əzmlə addımlayan bütün oxucular üçün nəzərdə tutulub. Kitabın əsas mesajı isə aydındır: insanın həyatını dəyişən təkcə arzuları deyil, həmin arzuları gerçəyə çevirmək üçün atdığı kiçik, lakin ardıcıl addımlardır.