Tələbələrimiz BDU-nun tarixi muzeyində

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Regionşünaslıq ixtisası üzrə təhsil alan birinci kurs tələbələri BDU-nun tarixi muzeyini ziyarət ediblər.
Muzeyin müdiri Günel Orucəliyevanın rəhbərliyi və bələdçiliyi ilə keçən görüşdə tələbələrə universitetin inkişaf yolu, Cümhuriyyət, sovet və müstəqillik dövrlərinə aid arxiv materialları, eləcə də tarixi tədris avadanlıqları və 1960-cı illərin korpus layihəsi təqdim olunub. Bildirilib ki, muzeydə Bakı Dövlət Universitetinin yaranma və fəaliyyət tarixinə dair materiallar, eksponatlar, sənədlər, slaydlar və filmlər nümayiş etdirilir.
Tələbələr Azərbaycan təhsil tarixinin ilk elm məbədi olan BDU-nun inkişaf yolunu əks etdirən ekspozisiya ilə yaxından tanış olublar.
Sonda tələbələr muzeylə bağlı təəssüratlarını bölüşüblər.