“Filologiya Çin dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə hal hazırda bu proqram üzrə Çində təhsil alan tələbələrinin informativ görüşü keçirilib

BDU-nun Şərqşunaslıq fakultəsində ikili diplom üzrə təhsil alan “Filologiya Çin dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə hal hazırda bu proqram üzrə Çində təhsil alan tələbələrinin informativ görüşü keçirilib. Görüş əsnasında tələbələrə ikili diplom proqramının üstünlükləri, Çindəki təhsilin fərqli cəhətləri ilə bağlı məlumatlar verilib. Həmçinin ikili diplom proqramının ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin beynəlxalq təcrübəsinin artırılması və müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından əhəmiyyəti vurğulanıb. Tədbir diskussiyalarla davam etmişdir.