“Fars əlifbasının tədrisi” adlı dərs vəsaiti çap olunub

Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Cavanşir Məmmədzadənin “Fars əlifbasının tədrisi” adlı dərs vəsaiti yenidən çap olunub. Müasir fars dili proqramı və yeni metodik tələblər əsasında tərtib olunmuş bu dərs vəsaitində tələbələrə fars əlifbasının qısa müddət ərzində asan və əlverişli üsulla öyrədilməsi nəzərdə tutulub. Dərs vəsaitində fars dilinin oxu və yazı qaydaları mövcud dərslərin və müxtəlif məzmunlu çalışmaların timsalında ətraflı şərh edilir, fars əlifbası ilə oxu və yazı vərdişlərinin yaradılması üçün fars dilinin orfoqrafiya və orfoepiyasına dair ətraflı izahlar təqdim olunur. Dərs vəsaiti bilavasitə fars dilinin orfoqrafiyasının nəzəri və praktik cəhətdən öyrənilməsinə xidmət edir.
Bu dərs vəsaitindən müəllimlər, ali məktəb tələbələri, tədqiqatçılar, fars dilini müxtəlif kurslarda və fərdi surətdə öyrənən şəxslər faydalana bilər.