“Müasir fars dilinin lüğət tərkibinin zənginləşmə yolları”

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Seminarda Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Fatimə Əfəndiyeva “Müasir fars dilinin lüğət tərkibinin zənginləşmə yolları” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi müasir fars dilinin lüğət tərkibinin uzun inkişaf yolunu keçdiyi haqqında məlumat vermiş, onun lüğət tərkibinin yalnız fars sözlərindən deyil, həm də digər dillərdən keçmiş sözlərdən ibarət olduğu, xarici dil mənbələrinin fars dilini tarixi inkişaf boyunca tamamlayıb zənginləşdirdiyini vurğulamışdır. Məruzəçi qeyd etmişdir ki, bəzi alınma sözlər qədim dövrdə, digərləri isə nisbətən yeni yaranmış, alınmalar ünsiyyətin, dillərin və mədəniyyətlərin qarşılıqlı təsirinin nəticəsidir.
Elmi seminar kafedra əməkdaşlarının mövzu üzərində müzakirələri ilə davam etmişdir.