Zəfər Tarixi: Yaddaşdan Gələcəyə”

“BDU könüllüləri” təşkilatının Şərqşunaslıq fakultəsi üzrə könüllülərin təşkilatçılığı ilə “Zəfər Tarixi: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirilib. Dövlət himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşün əsas iştirakçıları, BDU-nun Şərqşunaslıq fakultəsinin dekanı Aydan Xəndan, Şərqşünaslıq fakültəsinin sosial məsələlər üzrə dekan muavini Əli Babayev, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Türk filologiyası kafedrasının müəllimi Güləhməd İmanov və Ərəb filologiyası kafedrası müəllimi Mais Ağaverdiyev olmuşdur. Tədbir Şərqşunaslıq fakültəsinin dekanı Aydan Xəndanın açılış nitqi ilə başlamışdır. A.Xəndan Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qazanılan tarixi Zəfərin gənc nəslə faktlarla çatdırılmasının və yaddaşlarda saxlanılmasının vacibliyini vurğulayıb. Dekan müavini Əli Babayev Tariximizin şanlı səhifəsi olan “Dəmir yumruq” əməliyyatında Müzəffər Ali Baş Komandanın, rəşadətli ordumuzun və xalqın birlikdə apardığı mübarizədən, eyni zamanda Cənab Prezidentin siyasi və diplomatik mübarizəsindən bəhs edib. Görüşdə çıxış edən Rüfət Rüstəmov Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə bağlı məlumatlar verib, ermənilər tərəfindən başladılan münaqişənin təkcə Qarabağda deyil, Gədəbəy, Qazax, Tovuz bölgələrində də aparıldığını qeyd etmiş və bu mübarizədə igid qəhrəmanlarımızın şücaətindən bəhs edib. Şərqşünaslıq fakültəsinin müəllimləri Güləhməd İmanov və Mais Ağaverdiyev Vətən müharibəsi zamanı informasiya cəbhəsində apardıqları mübarizədən, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı əməliyyatın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqlarından məlumat verib. Tədbirdə həmçinin gənclərin milli-mənəvi inkişafı ətrafında diskussiya aparılıb, tələbələrin sualları cavablandırılıb.