“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıqlar: Azərbaycan orta güc kimi”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıqlar: Azərbaycan orta güc kimi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının müəllimi Rafiq İbrahimov məruzə ilə çıxış etmişdir. Məruzəçi Azərbaycanın İkinci Qarabağ müharibəsindən və öz dövlət suverenliyini tam bərpa etdikdən sonra orta güc kimi beynəlxalq münasibətlər sistemində yeri və rolu haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın böyük güclərlə münasibətləri və bu münasibətlərin keyfiyyət dəyişikliklərinə uğraması tələbələrin diqqətinə çatdırılmışdır. Tədbirin sonunda tələbələr mövzu ilə bağlı öz suallarını Rafiq İbrahimova ünvanlamışlar.