“TGT nədir?” adlı maarifləndirici və tanışlıq tədbiri
1 Oktyabr 2026 06:07

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə I kurs tələbələri üçün “TGT nədir?” adlı maarifləndirici və tanışlıq xarakterli tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Əli Babayev tələbələri təbrik edərək, fakültədə fəaliyyət göstərən təşkilatlar, onların strukturu və tələbə həyatındakı rolundan geniş bəhs edib.
Daha sonra söz Şərqşünaslıq fakültəsi TGT-nin sədri Fatimə Sadıxova və sədr müavinlərinə verilib. Çıxışçılar TGT-nin əsas fəaliyyət istiqamətləri və komandanın vəzifələri barədə tələbələrə ətraflı məlumat təqdim ediblər. Məruzələrdən sonra birincilərin təşkilatla bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.
Tədbirin davamında TGT nəzdində fəaliyyət göstərən “CreArt” klubunun idarə heyətinin üzvü Məhluqə Mustafayeva çıxış edərək, klubun məqsədi və tələbələrin asudə vaxtlarının səmərəli təşkilindəki rolu barədə məlumat verib. Tədbir çərçivəsində “CreArt” nəzdindəki Rəsm, Rəqs, Teatr, Musiqi və Poeziya klublarının fəaliyyət istiqamətləri, qeydiyyat prosesi, eləcə də bu klublara qoşulmağın tələbələrə qazandıracağı fərdi və sosial nailiyyətlər vurğulanıb.
Tədbir birincilərin böyük marağı və fəallığı ilə yekunlaşıb.
Son XƏBƏRLƏR
30.09.2026 | 06:11
30 sentyabr - Beynəlxalq Tərcüməçilər Günüdür
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52