Görkəmli şair "Səməd Vurğunun 120 illiyi"nə həsr olunmuş intellektual yarış keçirilib.

Görkəmli şair "Səməd Vurğunun 120 illiyi"nə həsr olunmuş intellektual yarış keçirilib.
"BDU könüllüləri" təşkilatının Şərqşünaslıq fakültəsi üzrə könüllülərinin və "BDU könlüllüləri" təşkilatı nəzdində fəaliyyət göstərən "Evrika" intellektual oyunlar klubunun birgə təşkilatçılığı ilə görkəmli şair "Səməd Vurğunun 120 illiyi"nə həsr olunmuş intellektual oyun keçirilib.
NHN (Nə? Harada? Nə zaman?) formatında təşkil olunan yarış iki mərhələdən ibarət olub. Yarış zamanı komandalar bilik, məntiq, sürətli düşünmə va komanda işi bacarıqlarını nümayiş etdiriblər.
Dinamik və həyəcanlı mübarizənin nəticələrinə əsasən:
🥇 I yer: "Paradoks" komandası
🥈 II yer: "Sözaltı" komandası
🥉 III yer: "2 x 2 = 5" komandası olub.
Qalib komandaları ürəkdən təbrik edir,gələcək yarışlarda bol uğurlar arzulayırıq!