“Beynəlxalq Tərcüməçilər Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib
30 Sentyabr 2024 19:09
Şərqşünaslıq fakültəsində 30 sentyabr “Beynəlxalq Tərcüməçilər Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
30 sentyabr 2024-cü ildə Şərqşünaslıq fakültəsində birinci kurs tərcümə ixtisasının tələbələri ilə tərcüməçi-müəllimlərin “Zəfər tarixi” lektoriyasında “Beynəlxalq Tərcüməçilər Günü”nə həsr olunmuş dəyirmi masası keçirilib. Dəyirmi masada fakültə dekanı, dos. Aydan Xəndan, dekan müavinləri dos. Tərlan Məlikov və Şahin Yusifli, o cümlədən peşəkar tərcüməçi-müəllimlər dos. Heybət Heybətov, Rəşad Babayev, Eldost İbrahimov və Rauf Quluzadə iştirak ediblər. Əvvəlcə dekan müavini Şahin Yusifli əlamətdar günlə bağlı tələbə və müəllimləri təbrik edərək, tərcümə günü ilə bağlı tarixi arayış verdi. Müəllimlər tələbələrə təqdim olundular. Tərcüməçiliklə bağlı lazımı məqamları əhatə edən videoçarx izlənildi. Dekan, Aydan Xəndan tələbərə müraciətlə çıxış etdi. Peşəkar tərcüməçi olmağın əsas şərtləri, daimi hazırlıq və mütaliənin vacibliyi vurğulandı. Bu yolda məqsədli, məsuliyyətli şəkildə irəliləyəcəkləri təqdirdə peşəkar ola biləcəkləri tələbələrin nəzərinə çatdırıldı. Müəllim-tərcüməçilərə söz verildi. İlkin olaraq Rauf Quluzadə tələbələrə böyük iradə tələb edən bu yolda məsləhətlərini verdi. İlk gündən sona qədər davamlı hazırlıq və səylərin sonda müsbət nəticə ilə yekunlaşa biləcəyinin mümkünlüyünü qeyd etdi. Dilə olan marağı istedadları ilə birləşdirmələri tövsiyə olundu. Dos. Heybət Heybətov çıxış edərək, tərcümə peşəsinin tarixindən, tərcüməçiliyin əsas xüsusiyyətləri, tərcümə və tərcüməçi kimdir suallarına cavablar təqdim etdi. Eldost İbrahimov tərcümənin növləri, tərcüməçinin fəaliyyət prinsipləri, tərcümə prosesi və qarşıya çıxan çətinliklər barədə məlumat verdi. Rəşad Babayev ilk peşəkar tərcümə günü, təlimdən təcrübəyə aparan yol, tərcümədə gözlənilən məqamlar və tərcüməçini formalaşdıran amillər barədə danışdı. Dos. Tərlan Məlikov tərcümə ixtisası və orada keçirilən ixtisas fənləri, onların tələbələrə verə biləcəyi faydalardan, daimi hazırlıq və öz üzərində işləmənin faydaları, söz balansının artırılmasının vacibliyini qeyd etdi. Şahin Yusifli əlavələr edərək, sinxron təcrübə tarixindən, tərcümə bazarı və gənc tərcüməçinin peşə bazarına daxil olması ilə bağlı müəyyən nüansları qeyd etdi. Dekan Aydan Xəndan bədii tərcümə barədə məlumat verdi. Poeziya və nəsr əsərlərinin tərcüməsi ilə bağlı məqamları diqqətə çatdırdı. Müəllim-tərcüməçilərin peşəkar fəaliyyətnini əks etdirən videoçarxa tamaşa edildi. Tələbələr suallar səsləndirdilər. Fikir mübadiləsi bitdikdən sonra dəyirmi masa işini yekunlaşdırdı.
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54