Vətəndaş cəmiyyəti quruculuğunda İslam həmrəyliyinin rolu
25 Noyabr 2025 11:55

19 noyabr 2025-ci il tarixində Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq ETL aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyevanın təqdimatında "Vətəndaş cəmiyyəti quruculuğunda İslam həmrəyliyinin rolu" mövzusunda elmi seminar keçirildi. Seminarda kafedranın əməkdaşları və tələbələr iştirak etdilər.
Yeganə Mirzəyeva İslam həmrəyliyinin müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin önəmli xətti olduğunu bildirdi, 1990 - cı illərdə Heydər Əliyevin İslam və İslam həmrəyliyinə çağırışlar şəklində səsləndirdiyi çıxışlar İlham Əliyev dönəmində artıq strategiya kimi əməli fəaliyyətə keçməsi barədə ətraflı məlumat verdi, “Vətəndaş cəmiyyəti anlayışı və dövlət quruculuğundakı rolu”, “ İslam həmrəyliyi anlayışı və Qurani-Kərimdə əsasları”, “İslam həmrəyliyinin təməlini təşkil edən mənəvi dəyərlər”, “ Tarixdə vəqflər – mənəvi dəyərlərin sosial institutlara çevrilməsi” kimi məsələlərdən bəhs etdi.
Elmi seminar məruzə ətrafında aparılan müzakirələr və sualların cavablandırılması ilə yekunlaşdı.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36