"Ümummilli Lider Heydər Əliyev: Müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji təməllərinin memarı”
20 Noyabr 2025 20:35

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və BDU-nun Şərqşünaslıq fakültəsi ilə birgə "Ümummilli Lider Heydər Əliyev: Müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji təməllərinin memarı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin və dövlətçilik strategiyasının davamlılığını göstərir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin möhkəm siyasi dayaqlarını formalaşdıran dahi lider kimi tarixə düşüb. Onun qurduğu idarəçilik modeli milli maraqları mərkəzə alan və strateji düşüncə üzərində qurulan mükəmməl dövlətçilik nümunəsidir. Ulu Öndər ölkədə siyasi sabitliyi bərpa edərək inkişafın təməlini yaratdı. O, milli kimlik və müasirlik arasında harmoniyanı təmin edən ideoloji xətt formalaşdırdı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanı beynəlxalq arenada etibarlı tərəfdaşa çevirdi. Bu ideoloji-siyasi irs bu gün də ölkənin inkişafını istiqamətləndirən əsas dayaqlardandır. Prezident İlham Əliyev məhz bu böyük məktəbin davamçısı kimi Heydər Əliyev siyasətini yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirdi. Müzəffər Ali Baş Komandan kimi onun rəhbərliyi Azərbaycana tarixi Zəfəri bəxş etdi. Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində torpaqlarımız azad olundu və Azərbaycanın gücü dünya miqyasında qəbul olundu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi-ideoloji təməllər və Prezident İlham Əliyevin qətiyyətli, uğurlu siyasəti müasir Azərbaycanın qüdrətinin əsasını təşkil edir.
Tədbirdə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji sütunlarını müəyyənləşdirərək ölkənin gələcək inkişaf yolunu dəqiq formalaşdırdı. O, ağır tarixi şəraitdə xalqı parçalanmaq təhlükəsindən xilas edən xilaskar lider kimi yaddaşlara həkk olundu. Ulu Öndər milli həmrəyliyi gücləndirmək üçün ardıcıl və prinsipial addımlar atdı. Onun ideoloji xətti Azərbaycanın sərvətlərinin qorunmasına və milli maraqların təmin edilməsinə əsaslanırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi düşüncə sistemi sabitlik, strateji planlaşdırma və məsuliyyət üzərində qurulmuşdu. Bu xətt sonrakı dövr üçün də dövlət idarəçiliyində etibarlı yol xəritəsinə çevrildi. Prezident İlham Əliyev bu siyasi irsin davamçısı kimi ölkəni yeni zirvələrə yüksəltdi. Onun həyata keçirdiyi nəhəng iqtisadi, diplomatik və hərbi islahatlar Azərbaycanın gücünü dünya miqyasında daha da artırdı. Müzəffər Ali Baş Komandan kimi cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində ölkəmizə möhtəşəm tarixi Qələbə qazandırdı. Bu Qələbə Ul Öndər Heydər Əliyevin möhkəmləndirdiyi dövlətçilik əsaslarının Prezident İlham Əliyevin qətiyyətli liderliyi altında real nəticəyə çevrilməsinin bariz nümunəsidir.
Şərqşünaslıq fakültəsinin Türk filalogiyası kafedrasının müdiri Rüfət Rüstəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan siyasətinin ideoloji konturlarını formalaşdıran və milli dövlətçiliyin təməl prinsiplərini müəyyən edən tarixi şəxsiyyətdir. O, milli ideyanın real siyasi məzmun qazanmasına nail oldu və çətinlikləri strateji müdrikliklə aradan qaldırdı. Ulu Öndər müstəqilliyin qorunmasını Azərbaycan üçün ali siyasi dəyər kimi qəbul etdirdi. Onun rəhbərliyi ilə milli maraqları təmin edən güclü idarəçilik sistemi yaradıldı. Ulu Öndər Heydər Əliyevin ideoloji xətti xalqın rifahı, təhlükəsizliyi və milli kimliyinin möhkəmlənməsini əsas prioritet kimi müəyyənləşdirdi. Prezident İlham Əliyev Heydər Əliyev məktəbinin layiqli davamçısı olaraq Azərbaycanın müasir inkişaf modelini formalaşdırdı. Onun apardığı uğurlu siyasət nəticəsində Azərbaycan qlobal proseslərdə söz sahibi olan güclü dövlətə çevrilmişdir.
Sonda qonaqlar tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Son XƏBƏRLƏR
28.11.2025 | 12:39
“Müasir türk dünyası: şərqşünaslıq araşdırmalarında yeni elmi yanaşmalar”
26.11.2025 | 12:01
Tələbələrimiz “Müasir İncəsənət Muzeyi”ndə
25.11.2025 | 11:55
Vətəndaş cəmiyyəti quruculuğunda İslam həmrəyliyinin rolu
22.11.2025 | 13:22
“Klassik əsərlərdə leksik dil vahidi”
19.11.2025 | 20:39