Tələbələrimiz “Müasir İncəsənət Muzeyi”ndə
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə fakültə tələbələrinin “Müasir İncəsənət Muzeyi”nə ekskursiyası həyata keçirilib.
Ekskursiya çərçivəsində tələbələr muzeydə nümayiş olunan çağdaş Azərbaycan incəsənətinə məxsus əsərlərlə yaxından tanış olmuş, rəng, forma və texnika baxımından müxtəliflik göstərən eksponatları incələyərək müəlliflərin yaradıcılıq konsepsiyaları və sənət baxışları barədə məlumat əldə etmişlər.
Muzeyin müxtəlif ekspozisiya zallarına baxış zamanı tələbələrə əsərlərin hazırlanma texnikası, istifadə olunan materiallar və həmin əsərlərin müasir incəsənətin inkişafındakı rolu haqqında ətraflı məlumat verilmişdir. Ekskursiya tələbələrə Azərbaycanın müasir incəsənətinin zəngin məzmunu və estetik müxtəlifliyini daha dərindən dərk etmək imkanı yaratmışdır.