Fars dili və ədəbiyyatının nəzəri məsələləri
Mövzunun aktuallığı bu amillərlə əsaslandırılır ki, bu istiqamətlərə daxil edilən müxtəlif problemlərin tədqiqi şərqdə dil və ədəbiyyat sahələrində baş verən proseslər konteksində fars dili və ədəbiyyatının müasir durumunun açıqlamasına kömək edəcək. İşin məqsədi fars dili və ədəbiyyatının müasir vəziyyətinin öyrənilməsi, dilin linqvopoetikasının təhlili, fonetik, leksik dəyişmələr və sintaktik strukturun müəyyənləşdirilməsindən ibarətdir.