ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

Kafedra əməkdaşlarının elmi məqalə və tezisləri Bakı Dövlət Universitetinin «Dil və ədəbiyyat», «Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası)», «İran filologiyası məsələləri», AMEA-nın «Elmi araşdırmalar», «Şərq filologiyası məsələləri», «Azərbaycan Şərqşünaslığı», «Fi¬¬lo¬logiya məsələləri» və sair  toplularında, müxtəlif elmi konfrans materiallarının məc¬¬¬¬¬mu¬ə¬lə¬rində, o cümlədən xarici ölkələrin elmi jurnallarında nəşr olunur. Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professor-müəllim heyəti tədris və elmi-tədqiqat işi ilə məşğul olmaqla bərabər, respublika və ondan kənarda keçirilmiş ictimai, elmi-ədəbi, mədəni tədbirlərdə və beynəlxalq konfranslarda fəal iştirak etmişdir.

Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professor-müəllim heyəti dərs yükünü yerinə yetirməklə yanaşı, fars ədəbiyyatının müxtəlif sahələri üzrə elmi-tədqiqat işləri aparır və yeni əsərləri ilə ədəbiyyatşünaslığın inkişafına öz töhfələrini verirlər. Mühüm amil kimi qeyd olunmalıdır ki, fars ədəbiyyatının öyrənilməsi qədim və orta əsrlərdə bütöv Şərq regionunun müştərək ədəbiyyatlarının inkişaf tarixlərini öyrənmək baxımından da böyük rola malikdir.

Qədim və orta əsrlərdə İran və Azərbaycan  ədəbiyyatlarının qarşılıqlı təsiri, bir-birini zənginləşdirməsi və ümumi Şərq regionu ədəbiyyatının yaradıcıları olması şərqşünas-iranşünas mütəxəssislərin ədəbi prosesin inkişaf mərhələlərindən 
xəbərdar olmalarına yardım edir.

Mövzunun adı: Fars dili və ədəbiyyatının nəzəri məsələləri
Mövzunun aktuallığı və məqsədi: Mövzunun aktuallığı bu amillərlə əsaslandırılır ki, bu istiqamətlərə daxil edilən müxtəlif problemlərin tədqiqi şərqdə dil və ədəbiyyat sahələrində baş verən proseslər konteksində fars dili və ədəbiyyatının müasir durumunun açıqlamasına kömək edəcək. İşin məqsədi fars dili və ədəbiyyatının müasir vəziyyətinin öyrənilməsi, dilin linqvopoetikasının təhlili, fonetik, leksik dəyişmələr və sintaktik strukturun müəyyənləşdirilməsindən ibarətdir.
 
Elmi tədqiqat işi 1. Bədr poeziyasının bədii xüsusiyyətləri 
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: prof. Mehdi Kazımov
Bədr Şirvani poeziyasının hərtərəfli tədqiqi onun ideoloji və ədəbi-estetik baxışlarının işıqlandırılması, poetik üslubunun və dilinin təhlili, Divanının struktur və bədii xüsusiyyətlərinin işıqlandırılması kimi bir sıra mühüm problemləri əhatə edir.Bədrin həm orta əsrlər azərbaycan ədəbiyyatı tarixində həm də ümumiyyətlə farsdilli ədəbiyyatda yeri müəyyənləşdirilir.
Aktuallığı: Bədr poeziyasının bədii xüsusiyyətləri əsaslı şəkildə tədqiq edilir.Onun şeirlərinin həm mövzu,həm bədii-obrazlılıq baxımından şərq poetikası çərçivəsində inkişafı müəyyən edilir.
Məqsədi: Bədr poeziyasının bədii üslub xüsusiyyətlərinin öyrənilməsi; onun ideoloji və ədəbi-estetik baxışlarının işıqlandırılması .
Alınmış nəticələr: Bədr poeziyasında işlənən çoxsaylı fiqurlar, o cümlədən təcnis,mübaliğə,təşbih,sual və cavab və digərləri işıqlandırılıb. Şeirlərin vəzni,qafiyəsi,poetik obrazlılığı nəzərdən keçirilib.Şairin şərq poetikasının inkişafında rolu müəyyənləşdirilib. 
 
Elmi tədqiqat işi 2. Fars dilinin tədrisində nəzəri məsələlərin ən effektli tədris üsullarının müəyyən edilməsi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: prof. Anar Kərimov
Müasir fars  dili təliminin əsas istiqamətlərindən olan dil qaydaları öyrənilir.Fars dilinin tədrisi üçün nəzəri elementlərin tədris üsulları araşdırılır.Burada hər bir elementin ayrı-ayrı funksiyaları nəzərdən keçirilir.
Aktuallığı:  Fars dilinin tədrisində nəzəri məsələlərin ən effektli tədris üsullarının müəyyən edilməsi, onların nəzəri cəhətdən araşdırılması həm dilin inkişaf qanunlarını öyrənməyə və onları izləməyə,həm də dilin tədrisində qrammatik məsələlərin öyrədilməsində ardıcıllığı düzgün müəyyən etməyə imkan verir.Bu üsulların  araşdırılması dilin nəzəri və qismən də tarixi mənzərəsini yaratmağa imkan verir.
Məqsədi: Fars dilinin tədrisində nəzəri məsələlərin ən effektli tədris üsulları müəyyən edilir.
Alınmış nəticələr: Dilin qrammatik  və leksik quruluşunu formalaşdıran elementlər həm müxtəlif dil vahidləri,həm də qrammatik formalar arasında əlaqəni təsvir etməyə imkan vermişdir.Dil elementlərinin funksiyalarının araşdırılması dilin daxili imkanları və dil daşıyıcılarının dünyagörüşünün üzə çıxarılmasına imkan yaratmışdır.
 
Elmi tədqiqat işi 3. Omonimlər,omoqraflar,omofonlar,heteronimlər,heteroqraflar,capitonimlərin tədqiqi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Əsmətxanım Məmmədova
Əlifba və  tələffüzün fərqli xüsusiyyətinə əsasən yaranan leksik vahidlər omonimlər ,omoqraflar, omofonlar, heteronimlər ,heteroqraflar, capitonimlər ayrı ayrılıqda tədqiq edilir,qruplaşdırılıb kompleks şəkildə öyrənilir.
Aktuallığı: Müasir fars dilinin fonetik, qrafik, orfoqrafik və leksik strukturunda  movzusunu tədqiq edərkən fars dilində həddən artıq yazılış, tələffüz strukturu baxımından çox ceşidli omonimlər, omoqraflar, omonimlər,heteronimlər və sairin olduğu görülür.  Bunların hər biri fars dilinin aktual  problemi kimi nəzərdən keçirilir. 
Məqsədi: Fars dilində ərəb əlifbasının fonetik-qrafik  xarakterindən doğan omoqraf, omofon, kvazimonim, omonim kimi leksik vahidləri  öyrənilr və tədqiq edilir.
Alınmış nəticələr: Təlim və tədris üçün vacib bir mövzu olması ilə yanaşı, həm də mövcud çətinliyin aradan qaldırılması baxımından da sonrakı tədqiqatlar üçün əsas mənbə olacağı müəyyənləşib. Eyni zamanda bu mərhələdə əlifbanın çətinliyindən formalaşan leksik vahidlər: - omoqraf, omofon, kvazimonim, omonimlər,heteronim,heteroqraf,capitonim və onların hər birinin daşıdığı xüsusiyyətlər əsaslı şəkildə araşdırılıb.
 
Elmi tədqiqat işi 4. 1990-2000-ci illərdə fars nəsrində satira
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Nüşabə Əlizadə
1990-2000-ci illərdə İranda ictimai-siyasi vəziyyət,onun ideoloji həyata və ədəbiyyata təsiri izlənilir. Bu dövrdə yazıb-yaradan fars ədəbiyyatının nümayəndələrinin satirik əsərləri təhlil edilir. Halu Alipənah, Xosrov Şahani, Xuraman Mustafa və bir sıra başqa nasirlərin əsərləri haqqında məlumat verilir.
Aktuallığı: İran ziyalılarının ölkənin xarici imperialistlərdən azad etmə uğrunda apardığı mübarizəni özündə əks etdirən satirik nümunələr mövzusuna görə də seçilir. Belə ki, dövrün satirasının gündəmdə olan mövzuları klassik fars ədəbiyyatının dühalarının şeirlərinə nəzirə yazmaq ənənəsi, İrana guya maliyyə yardımı etmək bəhanəsiylə nefti ələ keçirməyə çalışan Amerikan imperializminin ifşası, sosial bərabərsizliyin tənqid edilir. 
Məqsədi: XX əsrin 1990-2000-ci illərində nəşr olunan satirik poeziya konkret siyasi mövqeyə malik olmuşdur. Mövzunu tədqiq etməkdə məqsəd Dövrün satirasının hədəfi ölkəni tənəzzülə doğru aparan, əhalinin müflisləşməsinə səbəb olan məsələləri tənqid hədəfinə çevirən ölkənin mənafeyini, milli mənsubiyyətini qorumağa çalışan satirik nümunələr üzərində təhlillər aparmaq olmuşdur.
Alınmış nəticələr: İranlı satira ustadlarının mövcud həyat şəraitinin çətinliyini, real vəziyyəti aydın işıqlandıraraq xalqı birləşməyə və ədaləti bərpa etməyə şövq etməyə çalışdığı əsərlərin təhlili dövrün düzgün xarakteristikası təyin etmək üçün əsas mənbədir.
 
Elmi tədqiqat işi 5. Məkan şəkilçilərinin milli xüsusiyyətlərini şərtləndirən əsas amillər
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:  dos. Nigar Musayeva
 Linqvokulturoloji nöqteyi-nəzərdən müxtəlifdilli məkan şəkilçilərinin ekvivalentləri arasında semantik xüsusiyyətlər araşdırılır. Fars və rus dillərində məkan şəkilçiləri tutuşdurulur,şəkilçilər sistemində sinonimiya əlaqələri tədqiq edilir,və bu şəkilçilərin meyar və növləri dəqiqləşdirilir.
Aktuallığı  Məkan semantik kateqoriyası, mürəkkəb struktura malik olan məna sistemidir. Fars dilində məkan münasibətləri semantikası rus dilinin analoji sistemində ifadə formaları və həmçinin cümlələrin məna həcminə görə fərqlənir.  
Məqsədi  Məkan önqoşmaların semantik kateqoriyasını təhlil etmək və fars dili güzgüsündə onun ifadə sistemini göstərməkdir. 
Alınmış nəticələr  Rus və fars dillərində məkan şəkilçilərinin semantikasının xüsusiyyətləri müəyyənləşdirildi.Rus və fars dillərinin məkan şəkilçilərinin semantik funksiyaları nəzərdən keçirildi və müqayisə edildi.
 
Elmi tədqiqat işi 6. XV-XVI əsr farsdilli ədəbiyyatda məsnəvi nümunələrinin ideya-məzmun, süjet və kompozisiyası
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Bilqeyis Quliyeva
XV-XVI əsr farsdilli ədəbiyyatda didaktik məsnəvi janr nümunələri ideya-  məzmun, süjet və kompozisiya baxımından tədqiq edilir. Bu dövrlərdə meydana  gələn didaktik məsnəvi janrı hər tərəfli tədqiqata cəlb olunur. 
Aktuallığı XV və xüsusi ilə XVI əsr didaktik ədəbiyyat Azərbaycanda  geniş tədqiq edilmiş mövzu deyil. Bu sahə bir tərəfdən Nizami məktəbi ilə əlaqəli bir sahədir,digər tərəfdən ümumiyyətlə orta əsrlər farsdilli regionla bağlıdır. Bu  səbəbdən, adı çəkilən mövzunun tədqiqi xüsusi aktuallıq kəsb edir.
Məqsədi XV-XVI əsrlərdə farsdilli klassik ədəbiyyatda mövcud olan didaktik məsnəvi nümunələrinin nəzərdən keçirilməsi,onların arasında bir təsnifatın aparılması. İslam dəyərlərinin regionda yayılması dövründə meydana gəlmiş əsərlərin ,o cümlədən, Əbdürrəhman Caminin iki məsnəvisinin və Ürfi Şirazinin  məsnəvilərinin təhlili.
Alınmış nəticələr . Qeyd olunan dövrün birinci yarısında  ilk öncə Əbdürrəhman Caminin iki məsnəvisi  araşdırılıb  ki ,   tədqiqatımız  bu məsnəvilərlə başlanılıb. Bundan əlavə bu mərhələdə  Ürfi Şirazinin  məsnəviləri təhlil edilib. Məsnəvi janrı bu əsərlər əsasında ideya-məzmun, süjet xətti baxımından nəzərdən keçirilib.
 
 
 
 
Elmi tədqiqat işi 7 Təsirli fellərin quruluşa görə təsnifatı 
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Tarverdiyev Mehman
Həm Azərbaycan, həm də fars dillərində müqayisəli tədqiqi bir sıra oxşar və fərqli geneoloji və morfoloji cəhətdən müxtəlif dillərin müqayisəli-tipoloji araşdırılması son dövrlərdə diliçilik elminin ayrıca tədqiq sahəsinə çevrilmişdir. Feilin təsirlik və təsirsizlik kateqoriyasının nüanslarını ortaya çıxarır. Onların ortaq və fərqli cəhətləri hər bir dilin öz nümunələri zəminində izah edilir 
Aktuallığı Felin təsirlik kateqoriyasının təsnifi fars dilinin müasir qrammatikasının öyrənilməsində mühüm yer tutur
Məqsədi Dövri mətbuatdan və bədii ədəbiyyatdan toplanmış faktoloji dil materiallarına əsasən fars və Azərbaycan dillərində feilin təsirlilik və təsirsizlik kateqoriyası araşdırılır, onların oxşar və fərqli cəhətləri öyrənilir. 
Alınmış nəticələr  Hər iki dildə bir qrup feillər var ki, onların təsirli və ya təsirsiz olduğunu göstərən heç bir morfoloji əlamət yoxdur. Onların xarakteri həmin feillərin obyektə olan münasibəti leksik-sintaktik mənalarına görə müəyyən edilir.
 Bu baxımdan təsirli feillərin struktur və semantik baxımdan quruluşu tədqiq edilmiş, quruluş forması baxımdan feillərin təsnifatı aparılmışdır.
 
Elmi tədqiqat işi 8. Əhməd Mahmudun əsərlərində ictimai-siyasi həyatın əksi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: f.ü.f.d Familə Nəcəfova
Əhməd Mahmudun əsərlərində ictimai-siyasi həyatın əksinin araşdırılması tədqiqat üçün yeni, aktual elmi problemləri
meydana çıxarır. Müxtəlif tədqiqatçıların əsərləri və yazıçının əsərlərindən toplanmış faktoloji materiallar əsasında mövzu üzrə
ətraflı tədqiqat aparılır. Azərbaycan, İran və rus alimlərinin mövzu ilə bağlı fikirləri elmi-nəzəri cəhətdən müqayisəli şəkildə öyrənilir.
Aktuallığı: Mövzunun tədqiqi fars ədəbiyyatı nəzəriyyəsi, ədəbiyyat tarixi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məqsədi: Əhməd Mahmudun yaradıcılığını tədqiq edən alimlərin və yazışının qələmə aldığı əsərlərdən toplanmış faktoloji ədəbi
materiallara əsasən fars ədəbiyyatı tarixi müstəvisində yazıçının əsərlərinin məğzinin öyrənilməsi, dövrünün yazıçılarının əsərləri ilə
müqayisədə Ə.Mahmudun əsərlərinin oxşar və fərqli cəhətlərinin müəyyən olunmasıdır.
Alınmış nəticələr: Əhməd Mahmudun bədii nəsrinin ideya-tematik əsasları;زمین سوخته və  همسایه ها adlı romanlarının mövzusu təhlil
olundu. Yazıçının oxucusuna çatdırmaq istədiyi imperialist qüvvələrə qarşı etiraz səsini bildirməsi, zəhmət adamlarının hüquqlarını
qoruması, bəzən isə sərt siyasi mövzuda yazılmış əsərlərində ictimai-siyasi həyatın əks etdirməsi tədqiqata cəlb edildi.
 
 
 
 
Elmi tədqiqat işi 9. Klassik fars dilində felin xəbər şəkli
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Adil Yəhyayev
Fars dilində mövcud olan klassik ədəbiyyatdan, o cümlədən “Tarixi-e Beyrəqi”, X.Nizamilmülkün “Siyasətnamə”, Ə.Firdovsinin “Şahnamə”, S.Şirazinin “Gülüstan” və digər klassik ədəbi nümunələrdən materiallların toplanıb dilçi alimlərin bu mövzuda yazılmış elmi əsərləri nəzərdən keçirilir, müasir fars dilinin qayda-qanunları ilə analitik müqayisə aparılır.
Aktuallığı Klassik fars dilində feilin şəkillərinin araşdırılması, tədqiqi və öyrənilməsi istər magistratura, istərsə də bakalavriat pilləsində təhsil alan tələbələrin fars dilinin öyrənməsinə və tədqiq etməsinə kömək edə bilər.
Məqsədi Feilin xəbər şəklinə yanaşma metodunda müəlliflər arasında rəy ixtilafı mövcuddur. Verilmiş izahatlar sistemli şəklə salınır.
Alınmış nəticələr . Klassik fars dilində feilin xəbər şəkli müasir dilşünaslarının əsərləri ilə müqayisə edilmiş,oxşar və fərqli cəhətləri nəzərdən keçirilmiş, kompleks şəkildə öyrənilmişdir.
 
Elmi tədqiqat işi 10. Səməd Behrənginin əsərlərində türk sözlərinin müasir fars dilinə təsiri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Maya Fərəcova
 Səməd Behrənginin əsərlərində işlənən türk sözləri seçilmiş və onun müasir fars dilinə siraət etməsi müəyyənləşdirilir. Səməd Behrənginin yazmış olduğu dastan, hekayə və şeirlərində rast gələn sözlər, xüsusi adlar və idiomatik ifadələri leksik cəhətdən tədqiq olunur, mətndə ifadə olunan funksiyaları müəyyənləşdirilir.
Aktuallığı  Səməd Behrəngi Cənubi Azərbaycanlı olduğu üçün əsərlərində türk sözlərinə böyük önəm vermiş,həmin sözlərin fars dilində daha da geniş istifadə olunması üçün səy göstərmiş və buna nail ola bilmişdir. 
Məqsədi Cənubi Azərbaycan ilə Azərbaycan Respublikasında işlənən zərbi-məsəl, atalar sözü və s. danışıq dilində təqribən eyni olduğu isbat olunmuşdur 
Alınmış nəticələr . Səməd Behrənginin əsərlərinin danışıq və ədəbi dil arasında olan oxşar və fərqli cəhətləri araşdırılıb və semantik dəyişikliyə uğrayan sözlərin olub olmadığı müəyyənləşdirilib.
 
Elmi tədqiqat işi 11. V.Dəstgerdinin “Fərhəng-e Nezami”lüğətinin baş söz maddəsində toplanan leksik vahidlərin şərhi və izahı üsulları Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Ziyafət Məmmədova
Nizami nəzmini gözəlləşdirən, çətin anlaşılan müxtəlif səpkili leksemlərin və söz birləşmələrinin şərhinə və izahina həsr olunan “Fərhəng-e Nezami” lüğətinin leksik tərkibi  tərcüməçilərin  və tədqiqatçıların qarşısında mühüm və aktual problem qoymaqdadır.
Aktuallığı  Nizami nəzmini gözəlləşdirən, çətin anlaşılan müxtəlif səpkili leksemlərin və söz birləşmələrinin şərhinə və izahina həsr olunan “Fərhəng-e Nezami” lüğətinin leksik tərkibi  tərcüməçilərin  və tədqiqatçıların qarşısında mühüm və aktual problem qoymaqdadır.
Məqsədi “Fərhəng-e Nezami” lüğətində Nizaminin söz xəzinəsindən seçilmiş leksik vahidlərin hansı üsullarla şərh və izah olunduğunun aydınlaşdıılması. Həmçinin lüğətin tərtibi və söz maddələrinin quruluşu haqda məlumat verilməsi.
Alınmış nəticələr . “Fərhəng-e Nezami”lüğətinin baş söz maddələrində toplanan dil vahidləri Nizami “Xəmsə”sindən seçilmiş, müasir
fars dilində az işlənən, arxaikləşmiş və xalq danışıq dilindən alınmış rəvayət və məsəllərdənibarətdir. Əsasən Nizamini yaşadığı dövrdə Azərbaycanda işlədilən bu leksik vahidlərin müvafiq şeir beytləri ilə əyaniləşdirilməsi də çox təqdirəlayiqdir.
Elmi tədqiqat işi 12. Fars dilində sifət və zərflərin koqnitiv aspektdə tədqiqi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Lalə Məmmədova
Fars dilində ismin,eləcə də isim və feil arasında qarşılıqlı münasibətlər koqnitiv qrammatika baxımından araşdırılır. Həm müasir, həm də klassik fars bədii mətnlərindən nümunələr seçilir. Faktiki dil materialı kimi həm müasir, həm də klassik fars bədii mətnlərindən nümunələr nəzərdən keçirilir.
Aktuallığı Həm Azərbaycanda, həm də digər ölkələrdə fars dilinin qrammatikasına dair tədqiqatlarda zərflərin bütün növləri tədqiq olunsa da, onların koqnitivlik aspektdən təhlilinə az diqqət yetirilmişdir. Fars dilində mövcud belə aspektlərin Azərbaycan və digər dillərə tərcüməsində də bir çox maraqlı məqamlar izlənilir.
Məqsədi Fars dilində zərfin koqnitiv xüsusiyyətlərini tədqiq etməklə yanaşı, onun nitq hissəsi kimi özünəməxsus cəhətləri öyrənilməsi. İşdə əsas diqqətin düzəltmə zərflərə yönəlməsi məhz bu quruluşda olan zərflərin təhlili nəticəsində onların koqnitiv xüsusiyyətlərinin daha aydın şəkildə müşahidə oluna bilməsi imkanı ilə bağlıdır. 
Alınmış nəticələr. Fars dilindəki nümunələrin təhlili nəticəsində zərflərin koqnitiv aspektinin tədqiqi zamanı əsas mexanizm haqqında müəyyən qənaətə gəlmək olar.Zərflərin formalaşması zamanı yeni şəkilçi ilə sözlərdə ehtimal edildiyi kimi cüzi dəyişiklik yaranmır, əksinə, yeni mənalar və işlənmə şəkilləri formalaşır, nitq hissələri arasında biri digərinə keçid edilmiş olur. Bütün bunlar həm koqnitiv aspektdən, həm də məhsuldarlıq baxımından fars dilinin zənginləşməsinə zəmin yaradır. 
 
Elmi tədqiqat işi 13. Kəmiyyət kateqoriyasının fars dilində qrammatik üsulla ifadə vasitələri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Aytən Hacıyeva
Kəmiyyət kateqoriyasının fars dilində leksik üsulla ifadə vasitələri üzrə    İran, Rusiya, Avropa və Azərbaycan iranşünasları tərəfindən tədqiqi tarixi araşdırılır, bununla yanaşı, orijinal dil faktları əsasında kəmiyyət anlayışının fars dilində ifadə vasitələrinə aid nümunələr toplanılır. Həmçinin, fəlsəfi anlayış olan kəmiyyətin dilçilikdə özünü göstərmə halları tədqiq edilir. 
Aktuallığı Kəmiyyət kateqoriyasının fars dilində ifadə vasitələrinin öyrənilməsi
Məqsədi Fars dilində mövcud olan ənənəvi və ərəb dilindən alınmış xarici və daxili cəm şəkilçiləri, təsniyə adlanan ərəb dilindən alınmış cəm forması vasitəsilə formalaşan kəmiyyət kateqoriyasını tədqiqata cəlb edərək, fars dilinə məxsus incəlikləri, mühüm məqamları aşkar etməkdən ibarət olmuşdur.
Alınmış nəticələr Fars dilində kəmiyyət kateqoriyasının qrammatik üsulla ifadə vasitələri araşdırılmışdır. Burada əsasən kəmiyyət kateqoriyasının fars dilində ها və آن cəm şəkilçiləri ilə ifadəsi öyrənilmişdir. Bundan əlavə, hər iki şəkilçinin etimologiyası tədqiq edilmiş və onların kəmiyyətlə əlaqəsi tarixi-nöqteyi nəzərində təhlil edilmişdir. Fars dilində qeyd olunan iki məhsuldar şəkilçi ilə yanaşı, ərəb dilindən keçən آت، ون، ین، بون şəkilçiləri də tədqiqata cəlb edilmişdir.
Elmi tədqiqat işi 14. Fars və Azərbaycan dillərində feilin arzu və lazım şəkilləri tərcümə müstəvisində
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Cavanşir Məmmədzadə
Fars və Azərbaycan dillərində feilin arzu və lazım şəkillərinin tərcümə kontekstində araşdırılması tədqiqat üçün
yeni, aktual elmi problemləri meydana çıxarır. Dövri mətbuatdan və bədii ədəbiyyatdan toplanmış faktoloji dil materialları əsasında
fars və Azərbaycan dillərində feilin arzu və lazım şəkilləri tərcümə müstəvisində araşdırılır. Azərbaycan, İran, rus və Avropa
alimlərinin mövzu ilə bağlı fikirləri elmi-nəzəri cəhətdən müqayisəli şəkildə öyrənilir. Feilin arzu və lazım şəkillərinin ifadə etdikləri
mənalar, əmələ gəlmə üsulları, zamana görə dəyişməsi və s. nəzəri məsələlər tədqiq olunur. Hər iki dil müstəvisində feilin arzu və
lazım şəkillərinin ifadə üsulları, oxşar və fərqli cəhətləri göstərilir.
Aktuallığı Fars və Azərbaycan dillərində feilin arzu və lazım şəkillərinin tərcümə müstəvisində araşdırılması tədqiqat üçün yeni aktual elmi problemləri meydana çıxarır. Mövzunun tədqiqi müqayisəli dilçilik və tərcümə nəzəriyyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məqsədi Dövri mətbuatdan və bədii ədəbiyyatdan toplanmış faktoloji dil materiallarına əsasən  Fars və Azərbaycan dillərində feilin arzu və lazım şəkillərinin tərcümə müstəvisində öyrənilməsi, mövzu ilə əlaqədar Azərbaycan, İran, rus və Avropa alimlərinin tədqiqatlarının araşdırılmasıdır.
Alınmış nəticələr Hər iki dildə feilin arzu və lazım şəkillərinin ifadə etdikləri mənalar, demək olar ki, oxşardır. Feilin arzu şəkli Azərbaycan dilində, əsasən, morfoloji, fars dilində isə təsviri yolla əmələ gəlir. Feilin arzu şəklinin ifadəsində ədatların işlənməsi səciyyəvi haldır. Fars dili üçün bu hal daha zəruridir. Tərcümə müstəvisində bu xüsusiyyət aydın müşahidə olunur.
Feilin lazım şəkli Azərbaycan dilində xüsusi morfoloji əlamətə malikdir. Fars dilində isə təsviri yolla düzəlir. Azərbaycan dilindən fərqli olaraq, fars dilində bu şəkil yaranma baxımından vacib şəkli ilə oxşarlıq təşkil edir və tərcümə zamanı qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Tərcümə zamanı kontekst və situasiya vasitəsilə feilin ifadə etdiyi məna aydınlaşır. Təhrifin və anlaşılmazlığın qarşısının alınmasında lazımlıq anlayışını bildirən sözlərin cümlədə işlənməsi əsas rol oynayır. Hər iki dildə feilin arzu və lazım şəkilləri zamana görə dəyişə bilir.
 
 
 
Elmi tədqiqat işi 15. Feli sifətin zərfə keçməsi(adverbiallaşması)
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Rauf Quluzadə
Müasir fars dilində feli sifətin zərfə keçməsi mövzusu leksik-qrammatik prosses kimi araşdırılır. Feli sifətlərin zərfə çevrilməsi üçün müəyyən qanunauyğunluqlar vardır ki, onlar da tədqiq olunur.
Aktuallığı Müasir fars dilində feli sifətlərin bir çoxu substantivləşmə, adyektivləşmə və adverbiallaşmağa məruz qalmış və feilə aid xüsusiyyətlərini itirərək isim, sifət və zərf kimi fəaliyyət göstərir.Bu məsələ elmi ədəbiyyatda lazımi qədər əhatəli işıqlandırılmadığından feli sifət müasir fars dilində nisbətən az araşdırılmış leksik-qrammatik kateqoriyalardan biri olaraq qalır. Bu səbəbdən seçilmiş  mövzu aktualdır.
Məqsədi Bu elmi-tədqiqat işi müasir fars dilində feli sifətin zərfə çevrilməsi (adverbiallaşması) hadisəsinin öyrənilməsi ilə feli sifətin leksik-qrammatik, struktur və semantik xüsusiyyətlərinin, kateqoriyalarının müəyyən edilməsi məqsədi daşıyır, müxtəlif feli sifətlərin digər nitq hissələrinə keçməsinin qrammatik şərtlərini aşkar edir
Alınmış nəticələr  Feli sifətlərin zərfə keçməsi hadisəsi nəzərə alınmaqla tədqiqat mərhələsi üzrə fars dilində qeyd olunan qrammatik prosesin qanunauyğunluqları öyrənilmiş, nümunələr əsasında qrammatik vahidlərin bir-birinə hansı şəraitdə keçid etməsi müəyyənləşdirilmişdir. Qrammatikanın mövzusu olan digər dil vahidlərinin substanviləşmə  ətrafında  tədqiqat istiqamətləri öyrənilmişdir.
 
Elmi tədqiqat işi 16. Uşaq oyun adları ilə bağlı leksik fiqurların  linqvopoetik funksiyaları
 Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Şahin Yusifli
Aktuallığı: Farsdilli klassik poeziyada oyun adlarının linqvopoetik funksiyaları adlı elmi tədqiqat işinin üçüncü mərhələsini təşkil edən uşaq oyun adları dilçilikdə mövcud olan qədim bir qatın açılmasına xidmət edir. Bu qat etnoqrafik mahiyyət daşımaqla yanaşı, ədəbiyyata yeni üslubi fiqurlar təqdim etmiş, dilin leksikoloji bazasını zənginləşdirmiş. Unudulmuş leksik qatın tədqiqi linqvopoetik baxımdan səciyyəvidir.
Məqsədi: Uşaq oyun adları ilə bağlı leksik fiqurların linqvopoetik xüsusiyyətlərinin tədqiqi fars dilində mövcud olmuş və olan, ədəbiyyatdan məişətə daxil olmuş müxtəlif konstruksiyaların mənalarının müəyyən olunması, onların istifadə imkanları və kontekstual imkanları barədə geniş məlumatı təqdim edir.
Alınmış nəticələr: Farsdilli klassik poeziyada uşaq oyun adları ilə bağlı işlənən poezitmlər struktur-semantik cəhətdən araşdırıldı, oyunların klassik ədəbiyyatda nəzərə çarpan ekvivalentləri müəyyən olundu. Orjinal leksemlər və ekvivalentlərin istifadə imkanları arasında fərqlər qeydə alındı. Uşaq oyun adları ilə bağlı leksemlərin quruluşca növləri müəyyənləşdirildi və leksikoloji təsnifatlaşdırma işi aparıldı. Uşaq oyun adları ilə bağlı leksemlərin klassik poeziyada işlənmə yerlərinin, tarixi-dilçilik baxımından fərqli cəhətləri araşdırıldı və linqvopoetik xüsusiyyətləri təhlil edildi.
 
Elmi tədqiqat işi 17. Fars dilində enklitik əvəzliklərin köməkçi nitq hissələri ilə işlənməsi
 Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Zahidə İsmayılova
Enklitik əvəzliklərin köməkçi nitq hissələri ilə işlənməsi tədqiq edilir. Həmçinin enklitik əvəzliklərin sadə, düzəltmə, mürəkkəb fellərin sonuna və mürəkkəb fellərin həm ad, həm də fel hissəsinin sonuna əlavə edilməsi araşdırılır.
Aktuallığı  Fars dilində enklitik əvəzliklərin köməkçi nitq hissələri ilə işlənməsi nəticəsində yaranan obyekt , bəzən də subyekt münasibətinin öyrənilməsi  bu əvəzliklərin bir sıra məna xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradacaq. 
Məqsədi Bədii ədəbiyyatdan və elektron resurslardan toplanmış dil materialları əsasında enklitik əvəzliklərin köməkçi nitq hissələri ilə işlənməsinin araşdırılması, tədqiqatçıların fikirlərinin öyrənilməsi .
Alınmış nəticələr Enklitik əvəzliklərdən ədəbi dil ilə müqayisədə fars danışıq dilində geniş istifadə edilir. Bitişən əvəzliklər bütün qoşmalara qoşula bilmir. Qoşulduğu qoşmalarla, əsasən, vasitəli tamamlığın ifadəçisi kimi çıxış edir.
 
Elmi tədqiqat işi 18. Müasir və klassik fars dillərində önqoşmaların fərqli və oxşar cəhətləri
 Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Rəna Məmmədova
Qoşmalar klassik və müasir fars dillərində, başqa dillərdə olduğu kimi, müxtəlif sözlər arasında sintaktik əlaqə yaradılmasında mühüm rol oynayır. Fars dilinin həm klassik və həm müasir mərhələrində ismin xüsusi hal şəkilçilərinin olmadığına görə, qoşmaların bu dillərdə vəzifəsi daha vacib və önəmli hesab olunur. Klassik və müasir fars dillərində önqoşmaların işlənmə xüsusiyyətlərinin öyrənilməsi, oxşar və fərqli cəhətlərin müəyyən olunması mühüm əhəmiyyət kəsb edir.
Aktuallığı Müasir fars dillərində  önqoşmaların  təhlili fars dilinin morfologiyasında tarixi baxımdan bəzi dəyişikliklərin izlənilməsinə imkan yaradır.
Məqsədi Toplanmış faktoloji dil materiallarına əsasən  klassik və müasir fars dillərində önqoşmaların strukturun, ifadə etdiyi mənalarının və vəzifələrinin təhlili,  onların oxşar və fərqli cəhətlərinin müəyyən edilməsıdır.  
Alınmış nəticələr Önqoşmalar klassik və müasir fars dillərində bəzi seçilmiş cümlələr əsasında müqayisəli şəkildə araşdırılmışdır. Bu dil vahidlərin  quruluşunun, daşıdığları məna çalarlarının və vəzifələrinin tədricən daha dəqiq xarakter qəbul etməsi vurğulanmışdır. Tərcümə müstəvisində onların oxşar və fərqli xüsusiyyətləri aydın müşahidə olunmuşdur.
 
Elmi tədqiqat işi 19. Fars dilindən rus dilinə tərcümə prossesində frazeologizmlərin xüsusiyyətləri
 Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Fatimə Əfəndiyeva
Tərcümənin priyomlarından olan transliterasiya tərcümə dilinin əlifbasından istifadə edərək orijinal leksik vahidin formal olaraq hərf-hərf yenidən qurulması,sözün hərfi təqlidi vəzifəsini daşıyan bir üslub kimi göstərilir.Bununla yanaşı,tərcümə zamanı leksik-semantik dəyişmələr,əlavələr,ixtisarlar nəzərdən keçirilir.
Aktuallığı Fars dilindən rus dilinə tərcümə prossesində frazeologizmlərin xüsusiyyətlərinin araşdırılması tədqiqat üçün yeni aktual elmi problemləri meydana çıxarır.
Məqsədi Fars dilindən rus dilinə tərcümə zamanı frazeoloji birləşmələrin əsas mənaları, onların işlədilmə formaları emosional və üslub xüsusiyyətləri kimi əsas əlamət və göstəriciləri araşdırılmasıdır. 
Alınmış nəticələr  Tərcümə zamanı mətn daxilində işlənən frazeoloji birləşmənin əsas mənasının gücləndirilməsi, konkretləşdirilməsi məqsədilə öz formasını dəyişmiş frazeoloji birləşmənin ən düzgün ekvivalentinin tapılmışdır.  Tərcümənin adekvatlığını saxlamaq üçün əsas şərt olan frazeoloji birləşmənin emosional xüsusiyyətlərinin uyğunlaşdırılması məsələsi təhlil olunmuşdur.
 
Elmi tədqiqat işi 20. Nasir Xosrov Qubadiyaninin “Səfərnamə” əsərində felin zaman formalarının mətni mənaları
 Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Aytən Allahverdiyeva
Nasir Xosrovun “Səfərnamə” əsərində feilin zaman formalarının mətni mənaları araşdırılır,bu mətni mənalar tədqiq edilir və müasir fars dili ilə müqayisə aparılır.Azərbaycan dilinə tərcümə zamanı yaranan oxşar və fərqli cəhətlər təhlil edilir.
Aktuallığı Klassik fars dilində yazılmış əsərlərin dili, leksik, morfoloji və sintaktik xüsusiyyətləri həmişə maraq doğurur. Xüsusilə də, feilin zaman formalarının mətni mənalarının araşdırılması aktual mövzulardan biridir.
Məqsədi “Səfərnamə”də feilin zaman formalarının mətni mənalarının tədqiqi və müasir fars dili ilə müqayisəsi.
Alınmış nəticələr . Nasir Xosrovun, “Səfərnamə” əsərində felin zaman formaları müasir fars dili ilə müqayisə aparılmışdır.
 
Elmi tədqiqat işi 21. Frazeologiyada substantivləşmə,adyektivləşmə və adverbiallaşma
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Leyla Məmmədova
Frazeoloji vahidlər  substantiv , adyektiv  və adverbial  növlərinə görə araşdırılır  , substantivləşmiş frazeoloji vahidlər müxtəlif söz quruluşu modelləri üzrə  , adverbial  frazeoloji vahidlər isə idiomalar  kimi  qruplaşdırılır.Semantik dəyişikliyə uğramış frazeoloji vahidlər sintaktik struktur baxımından tədqiq edilir
Aktuallığı “ Müasir fars dilində feili frazeologiyanın xüsusiyyətləri” mövzusunun tədqiqi mühüm və aktual elmi problemləri qarşıya qoyur. Bu problemlərin araşdırılması adı çəkilən mövzunun öyrənmə səviyyəsini artıracaq. 
Məqsədi Müasir fars dilində geniş unikal tutuma  malik olan feili frazeologi sistemin dilçilik baxımından araşdırılması  frazeoloji vahidlərin quruluş modellərinin və sintaktik quruluşunun aşkar edilməsini təmin edir.
Alınmış nəticələr Müasir fars dilində işlənən frazeoloji vahidlərin  qrammatik quruluşu substantiv , adyektiv  və adverbial  növlərinə görə  tədqiq edildi  , “mesle” müqayisə bağlayıcısı ilə düzələn frazeoloji vahidlərin məhsuldarlığı , müasir fars dilinə xarakterik olmayan adverbial frazeoloji vahidlərin isə  idiomalar kimi ifadə olunması aşkar edildi .
Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət