“Zəfərin şanlı tarixi”
7 Noyabr 2025 10:11

Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş “Zəfərin şanlı tarixi” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respubliikasının Dövlət Himninin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr tarixinin Qələbə Günü kimi qeyd edilməsi haqqında sərəncam imzaladığını vurğulamış, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər olduğunu qeyd etmişdir.
Tədbirdə Şərqşünaslıq fakültəsinin məzunu olmuş, 44 günlük Qarabağ müharibəsində vətən uğrunda canını fəda etmiş şəhid Vüqar Məmmədovun anası Əsmər Məmmədova və qazilər Həsən Yaqubov, Azim Nuriyev, Rahil Xəlilov iştirak etmişlər. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında Azərbaycan xalqının şanlı zəfər yolundan söz açmış, Qarabağ müharibəsinin başlandığı dövrə tarixi nəzər salaraq ordumuzun, gənc əsgərlərimizin, torpaq uğrunda canından keçən şəhidlərimizin, qazilərimizin şücaətindən danışmışdır. Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov Vətən sevgisi, rəhbər-xalq-ordu birliyini, Azərbaycanın şəhid övladlarının cəsurluğu, qəhrəmanlığını vurğulamışdır.
Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanəm Məmmədova çıxışında Polad Həşimov, Mübariz İbrahimov, fakültəmizin tələbəsi olmuş Vüqar Məmmədov kimi milli qəhərmanlarımızın müqəddəs xatirəsini yad etmiş, şeirlər səsləndirmişdir. Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımov qələbənin ədalətin, haqqın və mənəvi gücün təntənəsi olduğunu qeyd etmiş, Türk filologiyası kafedrasının baş müəllimi Güləhməd İmnaov çıxışında həm cəbhədə vuruşan əsgərlərimiz, həm də informasiya müharibəsində Azərbaycanın həqiqətlərini dünyaya bəyan etdirən xalqımızın əzmini dilə gətirmişdir. Şəhid Vüqar Məmmədovun anası Əsmər Məmmədova Vüqarla bağlı xatirələrini bölüşmüşdür. Qazilərimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuzun igidliyi, xalqımızın birliyi, iradəsi sayəsində qazanılan şanlı zəfəri alqışlamışlar. Tədbirin sonunda tələbələr tədris aldıqları dillərdə işğaldan azad olunmuş bölgələr haqqında çıxış etmişlər.
Son XƏBƏRLƏR
28.11.2025 | 12:39
“Müasir türk dünyası: şərqşünaslıq araşdırmalarında yeni elmi yanaşmalar”
26.11.2025 | 12:01
Tələbələrimiz “Müasir İncəsənət Muzeyi”ndə
25.11.2025 | 11:55
Vətəndaş cəmiyyəti quruculuğunda İslam həmrəyliyinin rolu
22.11.2025 | 13:22