Zəfərdən Qayıdışa

Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Adil Yəhyayevin Azərbaycan Silahlı Qüvvələrinin veteranı Gülçöhrə Qənizadə ilə birlikdə həmmüəllifi olduğu "Zəfərdən Qayıdışa" adlı kitabı işıq üzü görmüşdür. Kitabda 2020-ci il Vətən müharibəsində əldə olunmuş Zəfərin müəllifi - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətimiz, millətimiz uğrunda, haqq-ədalət yolunda yorulmaz, titanik fəaliyyətindən, Azərbaycan xalqının dövlətçilik, qəhrəmanlıq ənənələrindən, əzəli torpaqlarımız Qərbi Azərbaycan və soydaşlarımızın oradan deportasiyasından, xalqımıza yaşadılan müsibətlər və faciələrdən bəhs edilir.