“Zamanın dərinliklərində unudulmuş filmlər”

Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Zamanın dərinliklərində unudulmuş filmlər” adlı maarifləndirici və interaktiv tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi Azərbaycan kino irsinin öyrənilməsi, milli mədəniyyətin təbliği və tələbələr arasında komanda ruhunun formalaşdırılması idi. Tədbir açıq elan olunduqdan sonra iştirakçılar müxtəlif qruplara bölünmüş, daha sonra oyun formatı və mahiyyəti barədə geniş məlumat verildi, qaydalar ətraflı şəkildə izah olunmuşdur. Ardınca Azərbaycanın qədim dövrlərinə aid filmlərdən seçilmiş epizodlar nümayiş etdirilmişdir. Göstərilən səhnələr əsasında tələbələrə suallar ünvanlanmış və onların cavabları əsasında qalib qrup müəyyənləşdirilmişdir. Tədbir sonda qalib qrupun elan olunması və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.